İş yoldaşım məni evə aparmaq istəyirdi, nişanlım bizi yaxaladı - Bıçaqlanan qız

İş yoldaşım məni evə aparmaq istəyirdi, nişanlım bizi yaxaladı - Bıçaqlanan qız
Xəbərlər
10.09.2017 12
Gəncədə qadın keçmiş nişanlısı tərəfindən bıçaqlanıb.

Bıçaqlanma hadisəsi şəhərin Cavadxan küçəsində, kafelərin birinin qarşısında baş verib. Şəhər sakini, 20 yaşlı Nuriyyə Cabbarova kafedən kətə alıb tanışının avtomobilinə minmək istiyərkən keçmiş nişanlısı Oruc Quliyev onu görüb. O, dərhal Nuriyyə Cabbarovaya yaxınlaşıb və münaqişə zamanı onu bıçaqlayıb.

Nuriyyə Cabbarova - zərərçəkən: "Dəfələrlə məni təhdid edirdi, axtarırdı, vururdu. Bu gün də toydan, işdən çıxırdım, bir yer var, oradan anama kətə almağa getmişdim. Oradan çıxanda iş yoldaşım Samir maşınla məni evə aparmaq istədi, o da gəldi, maşının qapısını açdı, mənə yumruq vurdu. Mən üzümü çəkəndə qolunda bıçaq gizlətmişdi, üzümdən vurmaq istəyəndə maşından o tərəfə keçdim və qıçımdan vurdu".

Yaralı dərhal yaxınlarının köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib və ona ilkin tibbi yardım göstərilib.

Mehman Hüseynov - həkim: "Sağ baldırın ön iç hissəsinin orta üçdə birinin deşilmiş, kəsilmiş yarası ilə daxil olub. Xəstənin ümumi vəziyyəti stabildir, hal-hazırda şöbəmizdədir, yardım olunub. Həyatına qorxu yoxdur".

Hadisə yerindən qaçan Oruc Quliyevin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!