Yerli aparıcılarımız milli geyimdə - fotolar

Yerli aparıcılarımız milli geyimdə - fotolar
Xəbərlər
10.09.2017 11
Novruz bayramı telekanallarda da təmtəraqlı şəkildə qeyd olunur. 



Aparıcılar bu ərəfədə daha çox milli libas geyinməyə üstünlük verirlər. Onların əksəriyyəti isə modelyer Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzinin geyimlərindən istifadə edirlər. 



Onlar arasında Murad Arif, Günel Gözəlova, Ruslan Həsənov, Vüsalə Səid, Mehman Mehdiyev, Leyla Mustafayeva, Fəxriyyə İsayeva, Nuranə Axundova, Zamirə Dadaşova və digərləri var. 



G.Xəlilova bildirib ki, Novruz və milli geyim qədim tariximizi, etnoqrafiyamızı, mədəniyyətimizi, xalq yaradıcılığımızı, Azərbaycan xalqının bütün ən gözəl cəhətlərini əks etdirir: 



"Bu günlərdə insanlar milli geyimlərdə necə də gözəl görünürlər. Mənim çoxdankı arzum Milli Geyim Gününün təsis edilməsidir ki, təkcə Novruzda deyil, həm də digər bayram günlərində biz özümüzü və ətrafımızı rəngarəng kostyum və geyimlərlə sevindirək”.




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!