Rus gözəli Bahar qızı obrazında - fotolar

Rus gözəli Bahar qızı obrazında - fotolar
Xəbərlər
10.09.2017 45
Rusiyanın Ulyanovsk vilayətinin Turizm Assosiasiyasının sədri Yuliya Uba İçərişəhərdə etdiyi fotosessiyada Novruzun rəmzlərindən biri olan Bahar qızı obrazını canlandırıb. Onun Bakıya səfəri Azərbaycan Turizm Assosiasiyasının (ATA) sədri Nahid Bağırovun dəvəti üzrə həyata keçirilib. 



Fotolayihənin təşkilatçıları "Artishok agency”nin baş direktoru Fəxrəndə Həsənzadə, Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Aytən Əliyevadır. Geyimlər Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzi tərəfindən təqdim edilib. 



Y.Uba qeyd edib ki, Bakıya ilk gəlişidir, 1 həftədir buradadır və bu qısa müddət ərzində şəhəri və qonaqpərvər insanları bütün qəlbi ilə sevib. O deyib: 



"Bakı özünün qeyri-adi gözəlliyi və istiliyi, qədimliklə müasirliyin, Şəqlə Qərbin memarlıq harmoniyası, möhtəşəm milli mətbəxi və mehriban insanları ilə məni valeh etdi. Çox şadam ki, Novruz təntənələrinin keçirildiyi bir vaxtda buradayam və bu bayramın insanlar tərəfindən necə sevildiyini və ona necə ehtiram göstərildiyini, böyük vüsətlə keçirildiyini öz gözlərimlə görürəm – fantastik təəəsüratlardır!”. 



Y.Ubanın sözlərinə görə, Bakı və Ulyanovsk arasında aprelin 29-dan hər cümə günü çarter reysləri həayata keçiriləcək ki, bu da Azərbaycan və Rusiya arasında turizm sənayesinin inkişafına istiqamətlənib:



"Ölkələrimizin böyük turizm potensialı var və onu səmərəli reallaşdırmalıyıq. Hazırda turistlərdə parlaq təəssüratların qalması üçün maraqlı proqram təqdim etmək lazımdır. Buna görə də təkcə görməli yerlər üzrə ekskuriya təşkil etmək deyil, həm də rusiyalı turistlərə Bakıda Azərbaycanın milli geyimlərində fotosessiya etməyi təklif etmək qərarına gəldik. Bu çox maraqlıdır! Azərbaycanın milli geyimlərində edilən fotosessiya zamanı bir çoxları mənə yaxınlaşaraq şəkil çəkdirmək istəyirdilər, onların arasında turistlərin sayı az deyildi və hətta düşünürdülər ki, mən azərbaycanlıyam (gülür). Bir daha əmin oldum ki, Azərbaycanda insanlar necə mehribandırlar! Gülnarə Xəlilovanın möhtəşəm geyimlərini qeyd etmək istərdim – İçərişəhərdə rəngarəng milli geyimlərdə edilən fotosessiya gözəl şəhərinizin qonaqlarının yaddaşında həmişəlik qalacaq”.

 

Fotolayihənin koordinatoru Ülviyyə Əfəndiyeva (Artishok agency), fotoqraf isə Elvin Mahmudovdur.




 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!