Ebru Gündeşin həyat yoldaşı ABŞ-da həbs edildi

Ebru Gündeşin həyat yoldaşı ABŞ-da həbs edildi
Xəbərlər
10.09.2017 22
Türkiyədə
"17 dekabr- rüşvət əməliyyatları" zamanı tutulub bir müddət həbs
yatdıqdan sonra buraxılan Cənubi Azərbaycanlı iş adamı Rza Zərrab ABŞ-da
həbs olunub.



Mayamidə hakim Riçard
Bermanın sədrliyi ilə keçən məhkəmədə Rza və digər iki nəfər üçün ABŞ
hökümətini aldatmaq ittihamı ilə 5 il, ABŞ-ın İran sanksiyalarını
pozduğu üçün 20 il, bank saxtakarlığı üçün 30 il və "çirkli pullar"dan
istifadə üçün 20 il olmaqla ümumi 75 il həbsi istənilib.



Martın
19-da həbs edilən iş adamları 2010-2015-ci illərdə ABŞ-da gördüyü
qeyri-qanuni biznes işlərinə görə məhkəmə qarşısına çıxarılıb.
Məhkəmənin qarşıdakı günlərdə davam edəcəyi gözlənilir.



Qeyd edək ki, bir müddətdir Rza Zerrabın həyat yoldaşı, müğənni Ebru Gündeşdən boşanacağı şayiələri də gəzir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!