Ata qızını illərlə zorladı - Azərbaycanda dəhşət

Ata qızını illərlə zorladı - Azərbaycanda dəhşət
Xəbərlər
10.09.2017 45
14 yaşından başlayaraq atası tərəfindən mütəmadi zorlanan qız sonradan bu faciənin acısını gələcək həyatında yaşayıb və cinsi mənsubiyyətini dəyişib.


Uşağını atan qadının faciəvi həyatı 


Azərbaycanın rayonlarının birində yaşanan bu dəhşətli ailə faciəsi haqında Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizov danışıb. 


Onun sözlərinə görə, qadının onlara müraciət etməsinə səbəb altı yaşlı fiziki qüsurlu uşağına baxa bilməməsi və buna görə də uşağı internata təhvil vermək istəyi olub. Sonradan həmin mərkəzin daimi ziyarətçilərindən olan qadın faciəvi şəkildə həyatını dəyişən olay haqda danışıb. 


Atası tərəfindən zorlanan və təhdid olunan 14 yaşlı qız


Mətanət Əzizovanın sözlərinə görə, onlara müraciət edən qadınların gələcək faciələrinə səbəb onların uşaqlıqda zorakılığa məruz qalmasıdır: "Bu qadının həyatını dəyişdirən olay da uşaqlıqda yaşadığı psixoloji travma olub. Ailədə beş nəfər olublar – iki bacı, bir qardaş. Bu qız isə evin kiçiyi olub. Evin dırnağarası kişisi qızının 14 yaşı olanda insanlığa sığmayan şəkildə doğma balasına təcavüz edib. Bundan sonra da qızın susması üçün onu ölümlə təhdid edib, və beləcə ata qızını zorlamağa davam edib. Başına gələnlərlə barışan qız beləcə həyatını yaşamağa davam edib. Amma doğma atasından gördüyü təcavüz qızın psixoloji travma almasına gətirib çıxardıb. Yaşadıqlarına dözə bilməyən qız olanları anasına danışır. Anası isə göz yaşı içində qızına burda qalmağının doğru olmadığını deyir və ona Bakıya getməyini məsləhət görür” 


Dağılan ailə, fahişəlik, sonra da cinsi dəyişkənlik 


"Bakıdakı ilk illər onun həyatında müsbət dönüş olur. Texnikomda təhsil alaraq, həm də işləyir. Sonra ailə həyatı qurur, lakin ilk ailəliyi ona sevinc gətirmir və həyat yoldaşı tərəfindən zorakılığa məruz qalır. Bunlara dözə bilməyib yoldaşından ayrılır və müəyyən zamandan sonra ikinci dəfə ailə qurur. İkinci ailəliyi də uğursuzluqla nəticələnir və fahişəliklə məşğul olur,” - deyə Mətanət Əzizova bildirir. 


Mətanət Əziziova bildirdi ki, o, mərkəzə son dəfə cinsi oriyentasiyasını dəyişdiyi hiss olunub: "O, mərkəzə sonuncu dəfə öz rəfiqəsi ilə gəlmişdi. Bunun da dəhşətli səbəbi var idi. O artıq cinsi oriyentasiyasını dəyişmişdi. Dediyinə görə, kişilərdən ancaq aqresiya və zorakılıq görüb. Ona görə də əks cinsdən iyrənir və kişilərdən rahatlıq duymur”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!