Sevgilimin məni aldatdığını 2 ay sonra öyrəndim – FOTOLAR

Sevgilimin məni aldatdığını 2 ay sonra öyrəndim – FOTOLAR
Xəbərlər
10.09.2017 12
İlyas Yalçıntaş
son günlərin ən populyar müğənnilərindən biridir. 27 yaşlı İlyasın
həyatı "X Factor” adlı mahnı müsabiqəsində iştirak etdikdən sonra
tamamilə dəyişib. Bir anda ulduzu parlayan gənc müğənni indi şöhrətin
dadını çıxarır. İnsana dinclik verən səs tonu, mahnını hiss etdirmək
qabiliyyəti və yaraşıqlılığı ilə hər kəsi özünə heyran edən İlyasın
qabiliyyətləri bununla bitmir. O, mahnılarının bir çoxunu özü yazır,
bəzilərini isə dostları ilə bəstələyir. Mahnı müsabiqəsində
səsləndirdiyi "İncir” mahnısı ilə uzun müddət gündəmdə qalan İlyas
Yalçıntaş çox keçmədən "İçimdeki duman” adlı albom çıxararaq
pərəstişkarlarını sevindirdi. Gənc müğənni elə bu münasibətlə aparıcı
Ömür Gedikə müsahibə verib.



- Kənardan baxanda özünə qapanan
insan təsiri bağışlayırsan. Ancaq səninlə bir az söhbətləşən kimi nə
qədər istiqanlı olduğunu anladım.


- Xarakterim belədir. Görünməz zirehim var. Soyuqqanlı və sakit görünürəm, bunun fərqindəyəm. Ancaq bunu bilərək etmirəm.



- Deyəsən, bu tənqidi hamıdan eşidirsən.

- İnsanlar mənə həmişə belə deyirlər: "Səni ilk dəfə
görəndə təkəbbürlü olduğunu düşünmüşdüm, ancaq tanıdıqdan sonra çox
sevdim”.

 

- Haralısan?

- Anam Adapazarındandır, atam isə
Ərzincanlıdır. Ərzincanda doğulmuşam, ancaq İstanbulun Kadıköy
bölgəsində böyümüşəm. Uşaqlığımın yarısı Ərzincanda, yarısı İstanbulda
keçib.

 

- Tək uşaqsan?

- Beş uşağıq: dörd qardaş, bir bacı. Oğlanlardan ən balacası mənəm.



- Necə oldu ki, İstanbula gəldiniz?

- İbtidai məktəbi bitirdikdən sonra
anama orada qalmaq istəmədiyimi dedim. O da atama təzyiq etdi. Yığışıb
İstanbula gəldik. Kənd həyatından sonra İstanbuldakı "qiyamət”ə öyrəşmək
çətin oldu. Həddən artıq çox insan var idi və mən bir anda kiçildiyimi
hiss etmişdim. 11 yaşımda idim, qorxurdum. Pişik balası kimi ürkək idim.
Ona görə də, özümə qapandım.

 

- Çətin dövrlərdən keçmisən.

- Bir müddət sonra öyrəşdim. Dostlar tapdıqdan sonra
özümə olan güvənim artdı. Ancaq məktəbdə mənə gülənlər də az olmurdu.
Onlara fərqli gəlirdim, hətta "dəli” deyənlər də olurdu.

 

- Gitarada ifa etməyə nə vaxt başladın

- Turizm litseyinə getdim. Elə gitara
ilə də o vaxt tanış oldum. Əslində gitaranı bacıma almışdılar. O, kursa
getdi, ancaq çalmağı öyrənə bilmədi. Bir gün qardaşım musiqiçi dostunu
qonaq gətirdi. O da bacımın gitarasında Feridun Düzağacın "Alev alev”
adlı mahnısını ifa etdi. O an sanki içimdə alov yandı, musiqi eşqimə
kibrit vurdular. O gündən sonra gitara əlimdən düşmədi.

 

- Gitarada ifa etməyə balşayandan sonra yəqin ki, qızların da diqqətini çəkmisən.

- Düzdür, qızların musiqiçilər üçün ürəyi gedir.
Ancaq mən gitaraya o məqsədlə başlamamışdım. Sevgilim var idi, hətta
musiqi karyeram üçün ondan ayrılmışdım.

 

- O dövrdə musiqidən gəlir əldə edə bilirdin?

- Yox, pul qazana bilmirdim. Məhəllədə kiçik bir kafe
var idi, orada ifa edirdim. Kafenin sahibi xərclik verirdi. 20 yaşıma
kimi belə davam elədi. Sonra atam rəhmətə getdi. Sevgilim var idi,
səkkiz ay idi ki, birlikdəydik. O, ailəsi ilə birlikdə Antalyaya köçdü.
Mən də gitaramı götürüb onun ardınca getdim. Cibimdə sadəcə bilet pulu
vardı. Orada iş tapdım. Hər şeyin yoluna düşdüyünü fikirləşdiyim bir
anda sevgilim məni tərk etdi. Sən demə, başqası ilə görüşürmüş.

 

- Yəni sənə xəyanət edib

- Məni aldatdığını düz 2 ay sonra öyrənmişəm. Əslində hərəkətlərindən az-çox bəlli olurdu. Ancaq mən sevəndə kor olanlardanam.

 

- İndi həyatında kimsə var?

- Bir ilə yaxındır ki, yalnızam.

 

- Niyə?

- Artıq duyğularımla deyil, məntiqimlə
qərar verirəm. Ən nifrət etdiyim şey isə qışqanclıqdır. Qarşı tərəfin
təzyiqlərinə dözə bilmirəm.

 

- "X Factor” müsabiqəsində iştirak etməyə necə qərar verdin?

- Həyatımdan bezmişdim. Hər şey sıxıcı idi. Bir anda qərar verdim, qabığımdan çıxmaq istədim.

 

- Məşhur olacağını xəyal edirdin?

- Hiss edirdim.

 

- Sənə serial və film təklifləri gəldiyini eşitmişəm. Aktyorluq etmək niyyətin var?

- Bir neçə təklif gəlib. Əslində teatrda özümü
sınamışam. Aktyorluq qabiliyyətimin olduğunu düşünürəm. Ancaq indi
sadəcə musiqi ilə məşğul olmaq istəyirəm.

 

- Fanatların sənin yanında qız görmək istəmirlər. Bu vəziyyət işini çətinləşdirmir?

- Düzdür, sadəcə musiqimi deyil, xarici görkəmimi də bəyənirlər.



- Bəs sevgilin olsa və pərəstişkarların mənfi reaksiya versə, nə edərsən?

- Yəqin ki, sevgilim olduğunu açıqlamaram. Çünki məni sevənlərin kədərlənməyini istəmirəm.

 

- Sevgilin bu vəziyyətlə barışmasa?

- Məni anlayan biri ilə sevgili olaram.

 

- Müsahibələrinin birində demisən ki kaş hər kəs musiqi ilə məşğul olsa, onda dünyadakı müharibələr sona yetər.

- Buna inanıram. Çünki musiqi insanın ruhunu müalicə edir. Mən də aqressiv uşaq idim. Musiqi ilə maraqlanandan sonra dəyişdim.




 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!