Xoşqədəmdən Eldara sərt cavab: Bu, əsgərlərimizə hörmətsizlikdir

Xoşqədəmdən Eldara sərt cavab: Bu, əsgərlərimizə hörmətsizlikdir
Xəbərlər
10.09.2017 22
Aparıcı Xoşqədəm Hidayətqızı "Eurovision 2011" qalibi Eldar Qasımovun yayımladığı "Sülh şəraitində yaşamaq istəyirik" fikrinə sərt reaksiya verib. 

Aparıcı müğənniyə ismarış göndərib:

"Günah bu uşaqda deyil, ona Qarabağ həqiqətlərini anlatmayan
valideynlərindədir. Günah onun fikirlərini önəmli sayaraq, tirajlayan
bizdədir. Mən təklif edirəm ki, zamanında min bir yolla əsgərlikdən
yayınaraq, indi vətəndən danışanların açıqlamalarını yaymayın. Bu,
şəhidlərimizin ruhuna, cəbhədə qəhrəmancasına döyüşən əsgərlərimizə
hörmətsizlikdir. Ən azı haqq davamız bitənə qədər bunları gündəmə
gətirməyək. Bu uşağı tanıyan biri varsa, ona zəng edib desin ki, səni
dünya vətəndaşı edən Azərbaycandır. Əxlaqsız Kim Kardaşyana bax, necə
kampaniya aparır. Sən də sosial şəbəkələrdə kampaniyalara qoşul. Dünyaya
car çək ki, atəşkəsi şərəfsiz ermənilər pozub. Mülki əhalinin yaşadığı
məntəqələri atəşə tutublar. Bundan sonra da layiqli cavablarını
alıblar. 

İnanın, əsəbdən nə yazıram, bilmirəm. Görəsən, bu tip insanlar bilir,
torpaq itkisi nə deməkdir? Ürəyim partlayır, bu vəziyyətdə olmasam,
indi cəbhə bölgəsində idim. Məgər biz bu günləri gözləmirdik? Biz
torpağımız üçün ölümə də gedərik. "Əmr verin, cənab prezident"
demirdikmi? Azərbaycanın qəhrəman ordusu, Allah sizi qorusun. Biz
ölmədən bizə qələbə sevinci yaşadın. Allah yardımcınız olsun".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!