Nadir Qafarzadənin qohumu şəhid oldu

Nadir Qafarzadənin qohumu şəhid oldu
Xəbərlər
10.09.2017 10
Tərtərdə gedən döyüşlərdə şəhid olan Novruzov Ravil Elman oğlu müğənni Nadir Qafarzadənin dayısı nəvəsi imiş.

O, bildirib ki, gözü önündə böyüyən dayısı
nəvəsinin ölümünə inana bilmir: "Neçə-neçə ailələr gözüyaşlı qaldı.
Mənim gözümün önündə böyüyən dayım nəvəsi də şəhid oldu. Buna inana
bilmirəm. Amma şəhidlik zirvəsinə qalxmaq hər bir oğula nəsib olmur.
İnanıram ki, onların qanı yerdə qalmayacaq. Mən bir müğənni kimi bu gün
üzərimə düşəni etməyə çalışıram. Ötən gün prodüser Tolikin təşəbbüsü ilə
rəqqasə Fatimə Fətəliyeva, müğənnilər Elton Hüseynəliyev, Aysel
Əlizadə, Zemfira İbrahimova və digər həmkarlarımla birgə cəbhə bölgəsinə
getdik. Əsgərlərə dəstəyimizi bu cür göstərdik. Şəhidlərin ailələrinə
başsağlığı verdik. Mənim evimdə gələcəyin iki əsgəri böyüyür. Onların da
gələcəkdə vətənə layiqli övlad olması üçün əlimdən gələni edirəm.
Övladları şəhid olan hər bir ailəyə də başsağlığı verirəm. Vətənin başı
sağ olsun".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!