Əməkdar artistin yeni doğulmuş nəvəsi öldü

Əməkdar artistin yeni doğulmuş nəvəsi öldü
Xəbərlər
10.09.2017 17
Bu gün Əməkdar artist Rəhman Rəhmanov qızı Rəhilə Rəhmanovanın Bayılda yerləşən 5 saylı doğum evində yeni doğulmuş 2 günlük övladını itirməsi haqqında  məlumat verib.

O, bu məsələdə həkimlərin günahkar olduğunu bildirir:

"Nəvəmi itirməyimə baxmayaraq, xəstəxananın heç bir həkimi dəqiq bir cavab vermir və verməkdən boyun qaçırırlar. Mən belə başa düşürəm ki, günahkar olduqları üçün cavabları yoxdur. Bircə onu deyə bilərəm ki, uşaq normal çəkidə doğulmuşdu və 2 gün süni nəfəslə yaşamışdı”.

Bayıl 5 saylı doğum evinin mama-ginekoloqu Əzizə Səmədova bu məlumatla bağlı ATV.az-a bunları bildirib:

"Uşağın dəqiq nədən öldüyü bilinmir. Bir həftədən sonra analizlərin cavabından biləcəyik ki, uşaq nədən ölüb”.

Həkimin sözlərinə görə, ananın beldən aşağı nahiyəsi nisbətən kök olub, doğuş çətin keçib, uşaqda boğulma baş verib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!