Oksana Elşad Xose ilə barışıq xəbərindən danışdı - FOTOLAR

Oksana Elşad Xose ilə barışıq xəbərindən danışdı - FOTOLAR
Xəbərlər
10.09.2017 34
Rəqqasə Oksana Rəsulova ayrıldığı keçmiş həyat yoldaşı, reper Elşod Xose (Əliyev) ilə yenidən bir araya gəlmələri barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Rəqqasə bildirib ki, 4 ilə yaxındır, Elşadla
ayrılsa da, onu çox istəyir: "Bir neçə gün öncə Elşad Xose öz
İnstaqram səhifəsində ikimizin şəklini paylaşmışdı. Bəzi saytlar o şəkli
götürüb, "Onlar barışdılar" başlığı ilə yazı dərc etdi. Amma söz
tapmıram cavab verməyə.

Bəzən cavab vermək çətin olur, dil tutulur, ürək danışır. Amma əziz
dostlar, jurnalistlər, sizə hörmətim  böyükdür. Sadəcə, bəzən insanı
daxili ilə baş-başa buraxmaq yaxşı olar. Elşadla artıq 4 ildir ki, rəsmi
ayrılmışıq. Amma uzaqdan-uzağa olsa da, bir-birimizdən sağlamlığımız,
varlığımız, sənətimiz haqqında daim maraqlanırıq. Necə istəyirsiniz, elə
də fikirləşə bilərsiniz. Və nə olsa belə, bir yerdə olsaq və ya
olmasaq, küsüb, barışsaq da, Elşad mənim üçün doğma və əziz insandır.
Hər zaman belə də qalacaq"




 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!