Rəcəb - Allahın ayı başlayır

Rəcəb - Allahın ayı başlayır
Xəbərlər
10.09.2017 69
Bu gecə (8 aprel) gün batdıqdan sonra (Şam azanı zamanı) hicri qəməri təqvimi ilə mübarək Rəcəb ayı daxil olur. 



Hz.Əli(ə) buyurur: "Rəcəb mənim ayım, Şəban Peyğəmbərin(s) ayı, Ramazan ayı isə Allah-taalanın ayıdır”. Bu aydan başlayaraq müsəlmanlar ilahi ziyafətə - müqəddəs Ramazan ayına hazırlaşmağa başlayırlar. Mübarək Rəcəb ayı - Allah qonaqlığı üçün səfərə hazırlıq aylarından birincisidir. Bu ay - tövbə diləmə, bağışlanma istəmə, ləyaqət və şərafət əldə etmə, yalandan, qeybətdən, böhtandan, qorxaqlıqdan, yaltaqlıqdan, hər bir eybəcərlikdən müalicə olunma ayıdır. 



Aləmlərin Rəbbi qarşısında hazırlıqlı olmaq üçün Rəcəb və Şəban ayları hazırlıq müddəti kimidir. Bu aylar dualar və tövbələr tez qəbul olunar. Rəvayətlərdə bildirilidiyi ki, Rəcəb, Şaban və müqəddəs Ramazan ayları ilin ən fəzilətli vaxtlarıdır. 



Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs də qismət olan miqdarda bu günlərdən bəhrələnə bilər. Rəcəb ayında ən azı 3 gün oruc tutmağın çox böyük fəziləti vardır. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur, onun yerinə sədəqə versinlər (imkanları çərçivəsində). Oruc tutmağa və sədəqə verməyə imkanı olmayan insanlar, əvəzində zikrlər deyə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!