Məşhur aktrisa ana olduğunu gizlətdi

Məşhur aktrisa ana olduğunu gizlətdi
Xəbərlər
10.09.2017 21
Tanınmış Hollivud aktrisası Enn Heteueyin oğlu olub.

Bu, aktrisanın ilk övladıdır. "Oskar" mükafatçısının həyat yoldaşı dizayner Adam Şulmandır.

Oğlan uşağı martın 24-də Los-Ancelesdə dünyaya gəlib. Lakin yeni doğulmuş körpənin valideynləri bu xəbəri mediadan gizli saxlayıblar. Tanınmış cütlük uşağın adını  Conatan Rouzbenks Şulman qoyub.

Enn Heteuey ilə Adam Şulman 2012-ci ildə evləniblər. Onların toyu Kaliforniya ştatının Biq Sür şəhərində olub. Aktrisa bu filmləri ilə məşhurlaşıb: "Reyçl ərə gedir", "Ceyn Ostin", "Əzrail Prada taxır", "Sevgi və digər dərmanlar". Enn Heteuey 2013-cü ildə "Səfillər" filminə görə "Oskar" alıbскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!