Şəkillərimi xəbərsiz yollayıblar - Elza Seyidcahan şəhid ailəsi ilə - FOTOLAR

Şəkillərimi xəbərsiz yollayıblar - Elza Seyidcahan şəhid ailəsi ilə - FOTOLAR
Xəbərlər
10.09.2017 23
Əməkdar artist Elza Seyidcahan şəhid olan Mahir Quliyevin ailəsinə baş çəkib. 



"İşlərimin çoxluğu ilə əlaqədar rayonlara əsgərlərimizin yanına gedə
bilmədim. Ona görə də Bakıda şəhid ailəsinə baş çəkdim. Neçə gündür onun
anası, bibiləri, nənələri onunla bağlı xəbər gözləyirdilər. Ailəsi
pərişan halda idi. Onlara təskinlik verməyə çalışdım. Şəhidlik zirvəsi
hər adama nəsib olmur. Orada olarkən fotolarımı məndən xəbərsiz
çəkib, yollayıblar".



E.Seyidcahan əsgərlərə dəstək üçün cəbhədə konsert verən müğənnilərdən
də danışıb. O, sənət dostlarının bu addımını alqışladığını deyib:



"Elnur Məmmədov və Qoçaq Əsgərovun Lələ Təpədə muğam oxumasını eşidəndə
ağladım. Manaf Ağayev, Elnur Füzuliyə getməsəydi, onları qınayardım. O
torpaqda böyüyən birinin sevincini yaşamaq üçün ora yollanmasını
necə pisləmək olar? Əsgərlərimizə baş çəkən, dəstək olan bütün sənət
dostlarımı alqışlayıram. "Sevinci paylaşarsan çoxalar, kədəri
paylaşarsan azalar" deyimi ilə razıyam".



E.Seyidcahan "Bir yumruq olaq" şeirinə qələbə marşı yazdığını söyləyib. O, marşı yaxın günlərdə təqdim edəcəyindən xəbər verib.




 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!