Lalə Məmmədovanın paylaşımı qalmaqal yaratdı - Bunu özbaşına etməmişik

Lalə Məmmədovanın paylaşımı qalmaqal yaratdı - Bunu özbaşına etməmişik
Xəbərlər
10.09.2017 17
Əməkdar artist Lalə Məmmədovanın cəbhə bölgəsinə gedib əsgərlər üçün konsert verən sənət dostlarını pisləməsi bir çoxlarını özündən çıxarıb. 

müğənninin "Bu, Azərbaycan əsgərinə dəstək deyil. Bu, canını bizim
uğrumuzda şəhid edənlərə və onların əzizlərinə hörmətsizlikdir. Səhər
əsgər yoldaşını torpağa tapşıran əsgərin qol götürüb oynamasının adı
nədir?" sözlərinə bir çox tanınmışlar fikir bildirib. 



Əməkdar artist Röya Ayxan L.Məmmədovanın bu ifadələrinə "Mən səninlə razıyam" deyə, şərh yazıb.

 

Prodüser Tarix Əliyev (Tolik) hər iki əməkdər artistin fikirlərinə sərt münasibət bildirib:



"Dünən bizi qınayırdılar ki, əsgərlərin yanına gediblər. Mən başa
düşürəm insanlar toyu aylar əvvəl danışır. Biz də toydayıq. Amma şəkil,
video paylaşmaq nəyə lazımdır? Hələ onlara "əjdahasan, supersən"
yazanların sabun başına kül. Vətən dərdi çəkən heç olmasa getdiyi toyu
gizlədər. Ay aman, şəkil qoymasalar, deyəcəklər toyu yoxdur". 



Prodüser yazdığı "Lalə, sən də, deyəsən, deputat olmaq istəyirsən.
Rəfiqən də ad alıb, elə bilir sözü keçərlidir" fikirlərini daha sonra
silib və bunun səbəbini açıqlayıb:



"Bayaq yazdığım fikrimi sildim. Çünki istəmirəm kimisə reklam edim. Amma bunlar elə bilməsinlər ki, ulduzdular".



Müğənni Nadir Qafarzadə cəbhə bölgəsinə nazirliklərin təşkilatçılığı ilə getdiklərini vurğulayıb:



"Lalə Məmmədova bizi cəbhə bölgəsində konsert verməkdə günahlandırır.
Əvvəla biz bunu özbaşına etməmişik. Müdafiə, Mədəniyyət və Turizm
nazirliklərinin təşkilatçılığı ilə etmişik. Bəli, o cəbhə bölgələrinə
mən də getmişəm. Biz heç də toy-bayram etmirik. Bir vətandaş olaraq,
borcumuzu yerinə yetiririk. Biz orada, sadəcə, oxumurduq, həm də şəhid
ailələrinə baş çəkib, əlimizdən gələni əsirgəmirdik. Döyüş bölgəsində
düşmənlə üz-üzə dayanıb Azərbaycanın mahnı və muğamlarını ifa edərək,
ermənilərə eşitdirirdik ki, bilsinlər biz göz yaşlarına qərq olmamışıq.
Şəhidlər bizim üçün ölməyib, qəlbimizdə əbədi yaşayacaqlar. Gəlin bu
günlərdə bir-birimizə dəstək olaq, ittiham etməyək. Mən də şəhid
vermişəm. Doğma əmim nəvəsi Ramil Novruzov. Bu yara hamımızındır. Bu gün
Azərbaycan əsgərinin diqqətə, qayğıya ehtiyacı var. Bəzi şeyləri
yazmayacaqdım, amma məcbur edirsiniz. Mənəvi dəstəklə yanaşı, maddi
dəstəyim də olub. İndi yazın ki, Nadir özünü reklam edir".



Rəqqasə Fatimə Fətəliyeva isə hər kəsi bir olmağa səsləyib:



"Azərbaycanımızın bu günlərində hamıdan xahiş edirəm bir-birimizi
qırmayaq, söz atmayaq. Bizim səhifələri ermənilər də izləyir. Kimsə nə
isə edib və bunu səhv yozublarsa, buna göz yumaq. Axı bunu edən də
azərbaycanlımızdır. Bu günlərdə sənət adamlarını tənqid etməyək".



Qeyd edək ki, müğənnilər Nadir Qafarzadə, Ayaz Qasımov, Kərim Abbasov,
Sevil Səfərova, Rəqsanə İsmayılova və rəqqasə Fatimə Fətəliyeva cəbhə
bölgəsində konsert verib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!