Aygün Kazımova ilə bağlı araşdırma başlayıb - Şok iddialar

Aygün Kazımova ilə bağlı araşdırma başlayıb - Şok iddialar
Xəbərlər
10.09.2017 12
Azərbaycanın hüquq-mühafizə orqanları, xalq artisti Aygün Kazımova ilə bağlı araşdırmaya başlayıb.

Hüquq mühafizə orqanları tərəfindən müğənninin ermənilərlə
əlaqələrinin təftiş edildiyi, xalq artistinin barəsində mətbuatda
yazılanların yoxlanıldığı deyilir. Belə bir araşdırmaların aparılmasını
zəruri edən isə bir müddət əvvəl ölkə mediasında yayılan məlumatlardır.

Yayılan məlumatlarda bildirilirdi ki, Ermənistan xüsusi xidmət
orqanları qadın alverçiləri, qeyri-ənənəvi oriyentasiyalı şəxslər
üzərindən Azərbaycanın şou aləminə nüfuz ediblər. Düşmən ölkənin xüsusi
xidmət orqanları vaxtilə Ermənistanda yaşamış, sonradan Gürcüstana köç
edərək orada məskunlaşan Ekmalyan ailəsinin üzvləri üzərindən Azərbaycan
və Türkiyədə agent şəbəkəsini qura biliblər. Musavat.com-un bu haqda
yazısında bildirilirdi: "Bu ailənin Azərbaycanda tanınan siması Romazzo
adlı modelyerdir. Romazzo zaman-zaman Azərbaycanda və Türkiyədə
keçirilən müxtəlif moda tədbirlərində fəxri qonaqlar sırasında yer alıb.
Türkiyədə Romazzonun təşkil etdiyi müsabiqəyə qatılan model xanımlar
sonradan şəxsiyyət vəsiqələri əllərindən alınaraq seks-köləliyə məcbur
ediliblər. Həmin modellər arasında Azərbaycandan aparılan xanımlar da
olub. Bu haqda Türkiyə mediasında zamanında yazılar dərc olunub.

Romazzonun Azərbaycanda əsas əlaqəsi olduğu şəxs kimi Aygün Kazımova
göstərilirdi. Xatırladaq ki, bu yazılar A.Kazımovanın Ramozzi və digər
erməniəsilli şəxslərlə foto və video görüntülərinin müşayiəti ilə dərc
olunub.

Bu səs-küylü materiallar, deyilənə görə, hüquq-mühafizə orqanlarının diqqətini çəkib”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!