Mal tövləsində yaşadığımız illəri xatırladım - Zaur

Mal tövləsində yaşadığımız illəri xatırladım - Zaur
Xəbərlər
10.09.2017 4
Aparıcı Zaur Baxşəliyev Qarabağa gedib.



Aparıcı təəssüratlarını sosial şəbəkədə bölüşüb:

 

"İlk
dəfə idi ki, bu qədər rahat nəfəs alırdım. Qarabağda döyüşən
əsgərlərimizlə, zərərçəkən sakinlərlə görüşdüm. İlk dəfə idi ki,
insanlarda qələbə əzmi, məğlubedilməzlik ruhu gördüm. Uşaqlığımın ən
gözəl anlarını xatırladım. Sevindim, həm də ürək dolusu ağladım, ürəyimi
şəhidlərimizin qanı töklən torpaqlarda boşaltdım. Şəhid ailələrinə baş
çəkəndə vanlı vətənpərvərlik kitabları oxuyurdum, sanki. Həyatımda bu
qədər vətən üçün çırpınan ürəyi bir arada görməmişdim. Qayğısız
uşaqlığımın son dönəmlərini, qorxu, hiddət və nifrət içində keçən
körpəliyimi xatırladım, təəssüfləndim. Atamın erməninin qarşısına çıxmaq
üçün dəhrə, balat, armature axtarışını xatırladım. Vertolyot
meydançasına insanların axınını xatırladım, anamın basırıqda qalmasını.
Həmin an heç vaxt unutmayacağım bağırtımı xatırladım. Heç kim məni
eşitmirdi. Ağdamın vertolyot meydançasında təlaş içində qaçışan
adamları, Tərtərdə mal tövləsinə yığışıb illərlə yaşamağımızı
xatırladım! Xeyli ağladım, şəhid balalarının məsum siması göz önümə
gəldi.

 

Erməni qonşumuz Raciki xatırladım. Xoruzu ilə fəxr edən
Racik... Anam heç sevmirdi Raciki, çünki xoruzu hər dəfə məhəllənin
qadınlarının üstünə tullananda Racik gülürdü. Hələ mən sizə 1980-ci
illərdən danışıram. Bir gün anam Racikin xoruzunu siçan dərmanı ilə
zəhərlədi. Dedi ki, mən bu şərəfsizin qeyrətsiz hərəkətinə dözə
bilmərəm. Buna görə məhəlləmizdə əməlli-başlı dava düşdü. Uşaqlıqdan
sevmirdim onları, eyni məhəlləni, eyni binanı eyni havanı, suyu
paylaşsaqda nifrət edirdim onlara.

 Bu dəfə Ağdamda mərmi dəyən məktəbin dağılmış vəziyyətini gördüm.
Dağılan evlər, talan olan mənzillər, mərmidən delik-deşik olan
həyət-bacaları gördüm. Şuşada məktəbimi xatırladım. Atışma düşdü,
məktəbdə SOS siqnalı verildi. Mərmilər töküldü məktəbə. Bacım məndən 5
yaş böyük idi, qaçıb gəldi sinfə, məni qoltuğuna vurub güllələrin
altıyla qaçırdı. Birdən gözümüz heç vaxt sevmədiyim sinif yoldaşım Anara
sataşdı. Anar həm kök, həm hündür, həm də pinti idi. Ona görə sevmirdim
onu. Amma ilk dəfə idi ki, onu çox istədim. Bilmirəm niyə... Bəlkə,
onun hər zamankı yekəpər, qorxmaz simasında dəhşət qorxu var idi. Bəlkə,
Anar həmişə yekəpərliyi altında gizlətdiyi uşaqlığını ilk dəfə
göstərirdi. "Bacı, qurban olum, məni də götür" deyəndə ilk dəfə Anarı
ağlayan gördüm. Bacım ikimizi də qoltuğuna vurub zülmlə güllənin atından
çıxardı. İndi Ağdamdakı dağılan məktəbi görəndə bu mənzərəyə hamıdan
fərqli olaraq, başqa hisslərlə baxırdım. İndi insanların "niyə” sualı
ilə o zamankı niyə sualı arasında fərq var idi. O zaman "niyə oldu, niyə
qırıldıq, niyə şəhid oldu” deyirdilər. İndi "niyə dayandıq” deyirlər.
Hisslər,düşüncələr, dünyagörüşləri dəyişdi. Tək dəyişməyən müharibə və
onun vurduğu zərbələr və şəhidlərimiz oldu".





 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!