Aygün Kazımova ağır xəstəliyə tutulub

Aygün Kazımova ağır xəstəliyə tutulub
Xəbərlər
10.09.2017 9
Xalq artisti Aygün Kazımova ağır xəstəliyə tutulub.

Bu barədə müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov açıqlamasında bildirib.

Belə ki, xalq artistinin ölkədən çıxışına qadağa qoyulduğu halda
Aygün Kazımova sosial şəbəkədəki hesabından Türkiyəyə getməsi ilə bağlı
paylaşdığı foto müzakirələrə səbəb olub.

"Gedirəm, amma ürəyimi vətəndə qoyuram. Vətən mənim özümdür, onsuz heç nəyəm", - deyə müğənni İnstaqram hesabında yazıb.

N.Həbibinin vəkili Fərid Həsənov qeyd edib ki, dekabr ayından etibarən xalq artistinin sözügedən qadağası ləğv edilib:

"Dekabr ayında Aygün Kazımovanın vəkili Ədliyyə Nazirliyinin İcra
şöbəsinə müraciət edib. Quruma xalq artistinin ağır xəstə olması barədə
sənəd təqdim edilib. Müğənninin müalicəsinin ölkə daxilində mümkün
olmadığı bildirilib. Çox ağır xəstəliyə tutulub, ona görə də təcili
xaricə getməlidir. İcra haqqında qanuna görə, şöbənin belə bir
səlahiyyəti var ki, onun qadağası ləğv edilsin.

Biz də dedik ki, ehtiyac varsa, getsin. Sağlamlıq hər şeydən
önəmlidir. İcrada sənətçinin ağır xəstəliyi barədə arayış var,
ekspertlər yoxlayıb, Aygün Kazımovanın xəstə olması sübuta yetirilib.
Xəstləyinin adını isə açıqlaya bilmərəm".

Qeyd edək ki, bir müddət əvvəl xalq artisti Aygün Kazımova ilə müğənni Natavan Həbibi arasında məhkəmə davası olmuşdu.

Natavan Həbibinin vəkili Fərid Həsənov açıqlamasında Bakı Apellyasiya
Məhkəməsində xalq artisti Aygün Kazımovanın apellyasiya şikayətinə
baxıldığını söyləmişdi.

Vəkil iş üzrə məhkəmə prosesləri başa çatdığı üçün Aygün Kazımovanın ölkədən çıxışı rəsmən qadağan edildiyini bildirmişdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!