Yeni ana olan aparıcı imicini dəyişdi - fotolar

Yeni ana olan aparıcı imicini dəyişdi - fotolar
Xəbərlər
10.09.2017 16
Aparıcı Samirə Rəhimova ana olduqdan sonra ilk dəfə fotosessiya etdirib. 



Fotokamera qarşısına keçən aparıcı hamiləlik vaxtı aldığı artıq çəkidən xilas olmaqdan danışıb:



"Hamiləlik vaxtı məni ən çox artıq çəki narahat edirdi. Amma çox da kökəlmədim. Düzü, ciddi pəhriz saxlamırdım. İndi isə yavaş-yavaş əvvəlki çəkimə qayıdıram. Həmişə 55 kiloqram olmuşam. Ana olmaq gözəl hissdir. İnsan bütün günü evdə oturmaq istəyir. Yəqin mən də bir müddət istirahət edəcəm. Daha sonra tam fərqli tərzdə tamaşaçı qarşısına çıxmağı düşünürəm”.



S.Rəhimova telekanallardan təkliflər aldığını bildirib:



"Telekanallardan yeni layihə təklifləri almışam. Hələ fikirləşirəm. Çəkim istədiyim normaya düşəndə, efirə çıxacam. Həyat yoldaşım Kənan bütün layihələrdə mənim dəstəkçimdir. Onunla planlarımız çoxdur”.



S. Rəhimova sabah baş tutacaq tədbirdən də bəhs edib:



"Ragimoff coaching” şirkətinin təşkil etdiyi "Made in Azerbaijan – İmkanlar kainatı” adlı tədbirimiz sabah saat 18:30-da "Flame Tower”də baş tutacaq. Bu artıq üçüncü tədbirimizdir. Biznes partidə şirkət rəhbərləri, məmurlar olacaq. Eyni zamanda sənət aləminin tanınmış simaları da yer alacaq”. 




 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!