Məni hər obrazda görüblər, amma belə yox - Aygün

Məni hər obrazda görüblər, amma belə yox - Aygün
Xəbərlər
10.09.2017 2
Xalq artisti Aygün Kazımova imicində qeyri-adi dəyişiklik edəcək.



Müğənni "Star life” verilişinə açıqlamasında hər kəsi təəccübləndirəcəyini iddia edib: 



"Çox gözlənilməz bir fotosessiya olacaq. Növbəti mahnımla əlaqədardır. Məni hər obrazda görüblər, amma belə yox. Özüm də o layihənin təqdimatını səbirsizliklə gözləyirəm. Maraqlıdır ki, sevənlərim bu cür Aygünə necə reaksiya verəcəklər”.



A.Kazımova mahnılarını heç kimə həsr etmədiyini söyləyib:



"Hələ mahnı sözləri yazmıram. Ona görə də oxuduğum sözlər mənə aid deyil. Bəstəkar bilir kimə yazır. Müğənnini imicini, tərzini nəzərə alır. Sıradan mahnılar mənə yapışmır. Seçəndə səhnədə obraz yarada biləcəyim, maraqlı mahnılar seçirəm. Ona görə də mahnılarım dinləyicilərə atmacalı gəlir. Bir yeni mahnım var, adı "Orasına-burasına”dır. Amma dinləyəndə deyəcəklər ki, ad hara, mahnı hara”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!