Türkiyədəki evlilik proqramları bağlanır - Əxlaqsızlıq yuvasıdır...

Türkiyədəki evlilik proqramları bağlanır - Əxlaqsızlıq yuvasıdır...
Xəbərlər
10.09.2017 18
Türkiyənin Ali Televiziya Qurumu RTÜK evlilik proqramları ilə bağlı ciddi qərarlar verəcəyini açıqlayıb.



Uzun müddətdir qalmaqalları və qeyri-etik görüntüləri ilə müzakirə olunan, medianın diqqətindən düşməyən proqramlarla bağlı tamaşaçıların da şikayətləri çoxalıb.



Son olaraq fərqli kanallarda aparıcı olan Zuhal Topal və Seda Sayan arasındakı qalmaqalın silah təhdidinə çevrilməsi, mübahisəyə Esra Erolun da qatılması məsələni ciddi şəkildə böyüdüb.



Dünən isə Z.Topalın proqramında gəlin namizədin digər iştirakçıdan hamilə qalması gündəmə düşmüşdü. RTÜK isə "evlilik kimi müqəddəs bir mövzunu insanlar qarşısında ayaqlar altına atan" proqramları ya birdəfəlik yayımdan qaldıracaq, ya da onlarla bağlı çox sərt qərarlar verəcək.



Qurumun yaxın günlərdə qərarını açıqlayacağı gözlənilir. Medianın məşhur yazarları bu proqramların "əxlaqsızlıq yuvasına" döndüyünü yazırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!