Həyat yoldaşım buna icazə vermir - Toppuş bacı

Həyat yoldaşım buna icazə vermir - Toppuş bacı
Xəbərlər
10.09.2017 9
Əməkdar artist Tünzalə Əliyeva "Hər şey daxil” verilişində qonaq olub. 



Aktrisa ailəsi uğrundə sənətini qurban verə biləcəyini bildirib:



"Mənim üçün birinci ailədir. İllərdir özümü sənətimə həsr etmişəm, əməyim və səhhətim gedib. Amma etibarlısı ailədir. Sabah mənə bir şey olsa, səhnəyə çıxa bilməsəm, ailəm yanımda olacaq. Onu da deyim ki, ailəm qarşımı kəsmir, sənətimi dəstəkləyir”.



T.Əliyeva hamilə olması xəbərlərinə də münasibət bildirib: 



"Bu barədə danışmıram, elə bilirlər göz dəyməkdən qorxuram. Elə qadınlar var ki, illərdir ana olmur. Onların hissləri ilə oynaya bilmərəm. İkincisi mənə valideynlərim, qayınanam, qayınatam baxır, hamiləlikdən danışmaq eyibdir. Ən əsası isə həyat yoldaşım ana olmağımla bağlı danışmağıma icazə vermir”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!