Aysel əsəbiləşdi: Hədlərini aşmasınlar... - fotolar

Aysel əsəbiləşdi: Hədlərini aşmasınlar... - fotolar
Xəbərlər
10.09.2017 22
Müğənni Aysel Əlizadə tədbirlərin birində fotokameramız qarşısına keçərək şəkillər çəkdirib. 



Aıqlama verən ifaçı yaradıcılıq yeniliklərindən danışıb:



"Yeni fotosessiyaya hazırlaşırıq. Buna görə də imicimdə dəyişiklik olacaq. Bir də albomuma təqdimat edəcəm. Albom uzun müddətdir hazırdır, amma cəbhədə baş verənlərlə bağlı təqdim edə bilmirəm”.



A.Əlizadə cəbhə bölgəsinə getməsini qınayanlara cavab verib:



"Allah mənim niyyətimi bilir. Qəlbimdə cəbhəyə gedib, özümü reklam etmək niyyətim olmadı. Mənim buna ehtiyacım yoxdur. Xalqın acısını deşməyə gedirəm? İnstaqramda cəbhəyə gedən müğənniləri qınayanlar nahaq belə edir. Hədlərini aşmasınlar, danışıqlarına fikir versinlər. Sözlərinin arxasında dura bilməyənlər və yazdıqları sözlərə görə cavab verənləri görmüşük. Belələri məni sosial şəbəkədə izləməsinlər. Kaş elə o "mən-mən" deyənlər İnstaqramda məni tənqid etməkdənsə, gedərdilər əsgərlərə dəstək olardılar. Mən cəbhəyə anamdan icazəsiz getmişdim. İnstaqramda fotolarımı görüb, zəng etmişdi ki, "Sən mənim şəkərimi qaldıracaqsan". Mən bunu sidq ürəklə etmişdim".




 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!