Azyaşlı qıza təcavüz edən şəxsə məhkəmə bəraət qazandırdı - Bakıda

Azyaşlı qıza təcavüz edən şəxsə məhkəmə bəraət qazandırdı - Bakıda
Xəbərlər
10.09.2017 61
Bakı Apellyasiya Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Rəşad İlqar oğlu Quliyev barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.



Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.



Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm ləğv edilərək, bəraət hökmü çıxarılıb.



Qeyd edək ki, R.Quliyev 2015-ci ildə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirli bilinərək saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Təqsirləndirilən şəxs məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!