Leyla Əliyeva: Amma dua etdim hər axşam çağı

Leyla Əliyeva: Amma dua etdim hər axşam çağı
Xəbərlər
10.09.2017 10
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva daha bir şeirini təqdim edib.

Şeir onun rəsmi "İnstagram” səhifəsində paylaşılıb.



Elə bil alovsan, sən hey yanırsan,

Şölələr saçırsan hey yorulmadan…

Baxışının hökmü canlar dağlayır, 

Qəlbləri ram edib məmnun qalırsan. 

Gücündən agahsan, bilirəm, dostum,

Onu alət kimi işlədirsən sən.

İnsanlardan kağız kartlar düzəldib,

Vurub, qalib gəlib, təslim edirsən. 

Gecəni zülmətdən qoruyan təki

Kimlərə acıyır, kimə yanırsan,

Bu dünyada sən tək ola bilmədik,

Biz tək olmağısa, sən bacarmırsan… 

Bəzən sanıram ki, sən cadugərsən -

Gizli arzuları çözən cadugər.

Kini, kidurəti küləyə verib

Qoynunu xeyirə açan cadugər… 

Hamını qəzəbdən qoruyan təki

Qılınc düzəltmisən sən yaxşılıqdan!

Onunla rahatca başlar kəsirsən 

Buna haqqın varmı, nə düşünürsən?..

Bəzən də sanıram sən ifritəsən...

Səni qınamağa nə ixtiyarım?..

Şəri küləklərə verirsən əlbət,

İndi mələklərə olasan yaxın… 

İndi sən nə yerdə, nə də göydəsən 

Boşluqlar uçrumu saxlayır səni...

Bəlkə bu səbəbdən belə dərdlisən,

Budu gözündəki parıltı qəmi...

Səni anlamadım, qoy olsun, neynək,

Xətt çəkdim üstündən, qismətdi bu da…

Amma dua etdim hər axşam çağı:

Allaha şükür ki, varsan dünyada!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!