Dilarə Kazımovanın qarderobu - fotolar

Dilarə Kazımovanın qarderobu - fotolar
Xəbərlər
10.09.2017 32
Müğənni Dilarə Kazımova qarderobunu nümayiş etdirib. 



İfaçı "buro 24/7" saytının kamerası qarşısına keçərək dəbdən danışıb. Musiqi və vokalla məşğuliyyətdən vaxt tapanda Dilarə hər bir qız kimi moda ilə maraqlanmağı sevir. Xüsusilə də o, öz obrazlarını qeyri-adi aksessuarlarla qarışdırmağa üstünlük verir. Onun qarderobunda baş örtüklərinə və günəş eynəklərinə böyük yer ayrılıb. 



Dilarə etiraf edir ki, hər xarici səfərdən sonra onun eynək kolleksiyası yenilənir. Səhnə obrazları üçün ifaçı müəyyən günəş eynəkləri modelini seçir.

Müğənninin sözlərinə görə, asudə vaxtlarında yeni model Vespa motosikletində gəzməyi sevir. Belə nəqliyyat növündə gəzinti üçün o, hamar altlıqlı ayaqqabıya üstünlük verir.

Səhnə kostyumlarına gəlincə, Dilarə hündür dabanlı ayaqqabılara və müxtəlif uzunluqda olan geyimlərə üstünlük verir. İfaçını qara rəngdə görməyə öyrəşsək də, onun qarderobunda həm də parlaq obrazlar yer alır.




 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!