Emin restoranından qovulan əlildən üzr istəyib - fotolar

Emin restoranından qovulan əlildən üzr istəyib - fotolar
Xəbərlər
10.09.2017 15
Rusiyadakı "Rose bar” restoranında xoşgəlməz hadisə baş verib.

 

Anadangəlmə əlil olan Oleq
Yeremin həmin məkandan məhz fiziki qüsurlu olduğu üçün qovulub. 22
apreldə restorana gələn Oleq "INSEAD” məktəbinin məzunları ilə görüşmək
istəyib. Amma heç 3 dəqiqə keçmədən ona qapının yerini göstəriblər.



Qeyd
edilir ki, restoran "Crocus Group” şirkətinin tərkibindədir və
azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarova məxsusdur. Restoranın
narazı ziyarətçisinin bu paylaşımını restoran işçiləri də görüb və
məsələ ilə bağlı araşdırmalara başlanılıb. Məlum olub ki, Oleqi "Rose
bar”dan həmin məkanın icraçı direktoru, Aleksey adlı şəxs çıxarıb. Bu
hadisəyə Emin Ağalarov şəxsən müdaxilə edib və hər kəsin adından Oleq
Yeremindən üzr istəyib.

 

O, Yeremini məkandan uzaqlaşdıran şəxsi
və buna görə məsuliyyət daşıyan bir neçə nəfəri işdən azad edib. Emin
Ağalarov fiziki qüsurlu şəxsi təzminat müqabilində dostları ilə birgə
şəxsi restoranlarından hər hansı birinə yeməyə də dəvət edib.







 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!