Onlar çəkilişdən çəkilişə üzlərini yuyurlar... - FOTOSESSİYA

Onlar çəkilişdən çəkilişə üzlərini yuyurlar... - FOTOSESSİYA
Xəbərlər
10.09.2017 14
Günel Hümbətovanın müsahibəsini təqdim edirik:

- Biz sizi şou-maqazin
verilişləri ilə tanımışıq. Siz isə realiti şou - "Yeni həyat" verilişi
ilə efirə qayıtdız. Şou -maqazin verilişlərindən uzaq qalmağınızın
səbəbi nədir?


- Aparıcılıq sənətinə ilk ərəfələrdə maqazin tipli
verilişlərlə başlamışam, özüməməxsus tərzdə aparmışam. Məncə, artıq o
çərçivəyə sığmıram.

"Dedikləri sözlər bir-birinin boğazlarından keçmir"

 

-
Sizin layihədə adətən qalmaqallara, mübahisələrə də rast gəlinir. Bu
gərginliyin əvvəlcədən hazırlandığı iddia olunur. Buna münasibətiniz
necədir?


- "Yeni həyat" verilişi realiti şoudur, iştirakçılar bir
aydan çoxdur ki, eyni evdə yaşayırlar. İstər-istəməz hansısa mübahisələr
olur ki, bu da normal bir şeydir. Pəhrizlər tutulur, əsəblər tarıma
çəkilir, dedikləri sözlər bir-birinin boğazlarından keçmir. Nəticədə
qalmaqal yaranır. Dünya təcrübəsində də belədir, bu tipli layihələr
qalmaqalsız ötüşmür. Çalışırıq ki, mübahisələri qalmaqalsız yoluna
qoyaq.

 

- Təəssüflər olsun ki, indi layihə
rəhbərləri, aparıcılar reytinq uğruna bir neçə üsula əl atırlar. Buna
insanların problemlərindən şou yaratmaq, davalar salmaq, qəsdlə bir neçə
saxtakarlığa yol verməyi misal çəkə bilərik. Siz reytinq qalxsın deyə
hansısa üsullara əl atmısız?


- Mən reytinq xatirinə aparıcılıq etdiyim müddətdə heç vaxt belə şeylərə əl atmamışam.

"15 kq-dan çox çəki atmışam..."

 

- Ana olmamışdan qabaq artıq kiloya sahib olmuşduz. Siz necə, arıqlamaq üçün "Yeni həyat" tipli realiti şouya qatılardız?

-
Bəli, 15 kq-dan çox çəki atmışam, müxtəlif pəhrizlər tutmuşam. O ki,
qaldı yarışmaya... Bəlkə də artıq çəkili insanların yarışdığı realiti
şouya qatılardım.

"Həyat yoldaşım üçün darıxmağıma gətirib çıxardır, qədrini bilməyə kömək edir"

 

-
İki ölkədə yaşayırsız (ABŞ və Azərbaycan). Təcrübə göstərir ki,
sərhədlər həm işdə, həm də ailə münasibətlərində problemlər yaradır.
Sizə iki ölkə arasında qalmaq nə kimi maneələr və problemlər yaradır?


-
İki ölkə arasında qalmaq problem yaratmır. Ölkəmi çox sevirəm. Ona görə
düşünürəm ki, bir dəfəlik Amerikaya köçə bilmərəm. Sərhədlərin olmağı
həyat yoldaşım üçün darıxmağıma gətirib çıxarır ki, o da bir-birimizin
qədrini bilməyə kömək edir. Axı deyirlər ki, uzaq məsafələr zəif
münasibətləri yox edir, güclüləri isə daha da gücləndirir (gülür). Həm
də qızım çox balacadır, istəyirəm ailəmin, doğmalarımın əhatəsində daha
çox vaxt keçirsin. Əsas da anamla... Axı qızım onun ilk nəvəsidir.

 

-
TV aləmində aparıcıların savadı və bacarığından çox xarici görünüşü və
məşhurluğuna görə maaşlar təyin olunur. Sizcə, bunun səbəbi nədir?


"İndi isə kifayət qədər yaxşı qonorar alıram"

-
Bunu ilk dəfə sizdən eşidirəm. Mən ilk dəfə 250 manat maaşla işə
başlamışam. O vaxt 106 FM radiosunda çalışırdım. İndi isə kifayət qədər
yaxşı qonorar alıram. İstər "Yeni həyat" layihəsindən, istərsə də Avto
FM radiosundan... Sağ olsunlar, işimi yüksək qitməyləndirirlər. Məzim
özüm də zəhmətkeş insanam. Radiodakı efir üçün artıq illərdir səhər
tezdən 7-də oyanıram.

 

- Son layihəniz 3 ay müddətində yayımlanacaq. Yeni bir layihə üzərində işləmisiz, Yoxsa ABŞ-a qayıtmağı düşünürsüz?

- Planımda bir neçə layihə var. Hətta Nyu-Yorkdan birbaşa çəkilib yayımlanması nəzərdə tutulan layihələrdə mövcuddur.

"Bir çox məşhurlar insanlar arasına rahat çıxa bilmirlər"



-
Bir neçə tanınmış simalar var ki, başqa ölkədə yaşaya bilmədiklərini,
tez-tez depresiyaya düşdüklərini bildiriblər. Sizdə necə, bu kimi
hadisələr baş verib?


- Mən azad insanam, harada olmağımdan asılı
olmayaraq özümü yaxşı hiss edə bilirəm. Çünki nikbin və pozitivəm. Bir
çox məşhurlar dünya praktikasına görə gizlənirlər, rahat insanlar
arasında çıxa bilmirlər. Bu bizdə də belədir, amma mənim belə bir
problemim yoxdur. İdman geyimini geyinirəm, arada şəhərə gəzməyə
çıxıram.

"Çəkilişdən çəkilişə üzlərini yuyurlar, taxma kipriklərlə yatıb-dururlar"

 

-
Adətən barmaqla sayılacaq məşhur simalar var ki, makiyajsız halda
küçəyə çıxır, fotolar paylaşır. Siz də bu məşhurlar sırasındasız. Bu
mövzu ilə bağlı kompleksiniz yoxdur?


- Qətiyyən kompleksim yoxdur,
sərbəst insanam. Makiyajdan, göstərişli geyimlərdən yalnız çəkilişlərdə
istifadə edirəm. Məndən olsa verilişlərə də makiyajsız çıxaram. Amma bir
çox aparıcılar, müğənnilər çəkilişdən çəkilişə üzlərini yuyurlar, taxma
kipriklərlə yatıb-dururlar. Mən onları anlaya bilmirəm.




 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!