Ancelina Coli arıqlayıb bu hala düşdü - yeni fotolar

Ancelina Coli arıqlayıb bu hala düşdü - yeni fotolar
Xəbərlər
10.09.2017 6
Qısa müddət əvvəl həddən artıq arıqlamağı ilə bağlı çoxlu versiyalar səsləndirilən Ancelina Coli yenidən gündəmə gəlib.

40 yaşlı aktrisa Londonda film çəkilişində olan həyat yoldaşı Bred Pitti tək buraxmayıb. O, dünən siyasətçi Uilym Haque ilə yeməkdən çıxcarkən görüntülənib. Aktrisanın üzünün ağappaq olması və ifrat arıqlamağı diqqətlərdən qaçmayıb.

Başdan ayağa boz rəngə bürünən Coli sualları cavablandırmadan avtomobilinə minib

Qeyd edək ki, bir aydır haqqında müxtəlif şayiələr dolaşan aktrisanın qorxudan belə olduğu da deyilir. O, nəsillərində olan xərçəng xəstəliyinin ona da keçməsinin qarşısını almaq üçün yumurtalığını və döşlərini əməliyyat etdirib. Lakin yenə də xəstə olacağından ehtiyat edir.

Digər versiya isə aktrisanın qidalanma probleminin olmasıdır. Bu iddialara görə, Coli artıq yemək yeyə bilmir. Anoreksiya xəstəliyinə yoluxan aktrisanın həyat yoldaşı Bred Pitt də onu yemək yeməyəcəyi təqdirdə boşanacağı ilə təhdid edir.

Yeni səsləndirilən versiyada isə Colinin Kambocada çəkdiyi filmdə əsir və aclıqdan əziyyət çəkən insan rolunu canlandıran aktyorları daha yaxşı anlaması üçün arıqladığı deyilir.




 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!