Əməliyyat vaxtı ürəyim dayandı - Video

Əməliyyat vaxtı ürəyim dayandı - Video
Xəbərlər
10.09.2017 17
Müğənni Mirkamil Kamilov keçirdiyi ağır əməliyyatdan danışıb.

 

İfaçı "ATV maqazin onlarla” verilişində çətin anlar yaşadığını deyib:



"Ürək
o qədər zərbələr görüb ki... İndi oturub hiss edirəm ki, ürəyimdə nə
qədər çat var. Əməliyyatdan əvvəl gecənin bir anı yuxuda tullanırdım,
sonra ürəyimdə ağrılar başladı, sol tərəfim keyiyirdi. Bir dəfə elə
güclü ağrıyırdım ki, qışqırdım "Allah hardasan, götür bu ağrını”.  Bir
gün Ramal İsrafilov, anası və mən oturmuşduq. Dedilər ki, İrana gedirik.
Mən də onlarla getdim, həkim müayinəsindən keçdim. Əməliyyat məsləhət
gördülər. Ürəyin dayanması problemim var idi. Qonorar tapıldı,
problemlər həll olundu və əməliyyata girdim. Aybəniz Haşımova qızı ilə
Tehrana yanıma gəldilər. Ürək əməliyyatına narkozsuz girdim. Əməliyyat
sırasında iki-üç dəfə yerimdən tullandım. Qışqırırdım, tuturdular,
ürəyimin içinə simlər salırdılar. Dünyada bundan ağır ağrı yoxdur.
Əməliyyat vaxtı ürəyim dayandı, gözlərim qaraldı. Həkimlər məni güclə
qaytardı".

 

M.Kamilov əməliyyatdan əvvəl gördüyü yuxulardan bəhs edib:



"Əməliyyatdan
əvvəl yuxuda gördüm ki, qəbrin içində uzanmışam. Yalvarıram ki, Allahım
mən cavanam, burdan məni qurtar. Məni qəbirdən dartıb çıxarırlar. Bir
dəfə isə gördüm ki, hər yerimi sarıyıblar, uşaq ağlaya-ağlaya dua
oxuyur. O duanı oxuyandan sonra yuxudan durdum”.



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!