Keçmiş sevgilisi azərbaycanlı müğənnini ölümlə hədələyir - FOTOLAR

Keçmiş sevgilisi azərbaycanlı müğənnini ölümlə hədələyir - FOTOLAR
Xəbərlər
10.09.2017 37
Azərbaycanlı müğənni Afaq Aslan çətin günlərini yaşayır.

Artıq xeyli müddətdir ki, keçmiş sevgilisi tərəfindən ölümlə hədələnir və şantaj edilir:

"Artıq xeyli müddətdir ki, yaradıcılığımdan uzaq düşmüşəm. Şəxsi həyatımda yaranan problemlərə görə bir çox yerlərdən uzaq düşdüm. Bu günə qədər susdum, dedim bəlkə düzələr. Amma demək istəyirəm ki, keçmiş sevgilim tərəfindən təzqiqlərə məruz qalıram. Şantaj olunuram, ölümlə hədələnirəm. Artıq, demək olar ki, mənim həyatım təhlükədədir.

Bu adam mənim "İnstagram" səhifəmin parolunu sındırıb və orada mənim adımdan aidiyyətsiz paylaşımlar edib. Bu sözləri deməkdə məqsədim odur ki, sabah mənim başıma bir şey gəlsə, bilsinlər ki, bunu keçmiş sevgilim edib. Bu insan mənlə barışmaq, ailə qurmaq üçün bir çox variantlara əl atır. Amma məni anlamayan insanla ailə qura bilmərəm".

A.Aslan onu da əlavə edib ki, başına gələn son hadisələrdən sonra mahnı da ifa edib:

"Atıq hər şeyi unuduram. Həyatda yeganə stimul alacağım iş, sənətimdir. Həyatımı hansısa insanın yalanı, üstündə qurmaq istəmirəm. Öz biznesimi qurmuşam. Kiminsə də maddi dəstəyinə ehtiyacım yoxdur. Elə buna görə də "sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi Fərahim Sadiqə məxsus "Ehtiyacım yox" adlı mahnı ifa etdim. Düşünürəm ki, uzun fasilədən sonra ifa etdiyim bu yeni mahnı dinləyicilər tərəfindən seviləcək".




 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!