Azərbaycanlı teleaparıcı: Bir dəfə ailə qurub, gəlinlik geyinmişəm - FOTOLAR

Azərbaycanlı teleaparıcı: Bir dəfə ailə qurub, gəlinlik geyinmişəm - FOTOLAR
Xəbərlər
10.09.2017 5
Teleaparıcı Könül Muxtarovanın gəlinlik geyimində olan şəkilləri son günlər gündəm oldu. Bəziləri bunun yalnız fotosessiya olduğunu desələr də, bəziləri aparıcının toya hazırlaşdığını iddia etdilər. Məsələ ilə bağlı Könül Muxtarova ilə əlaqə saxlayıb olanları öz dilindən öyrəndilər.

"Hər bir xanımın gəlinlik geyinmək ən böyük arzusudur. Mənim fikrimcə, elə birinci dəfə gözəl alınır. İkinci dəfə geyinənləri də Allah xoşbəxt etsin. Heç vaxt şəxsi həyatım haqqında danışmamışam. İlk dəfə olaraq sizə danışacam. Mən də həyatımda bir dəfə ailə qurub, gəlinlik geyinmişəm və çox gözəl balam var. Doğrudur, hazırda ayrılsaq da, ikinci dəfə ailə həyatı qurmaq fikrim yoxdur. Çünki məni hazırda karyeram və qızım maraqlandırır. Analıq məzuniyyətindən sonra geri dönüşüm maraqlı və özəl oldu.

Aparıcı gəlinlik geyməyinin əsas səbəbini də acıqlayıb:

"1 ilə yaxındır ki, stilist Tünzalə xanım və qızı Aişə ilə birgə çalışıram. Demək olar ki, hər obrazı yaratmışıq. Onların ideyası ilə imicimdə də çox dəyişiklik oldu. Bu dəfə də birgə gəlinlik obrazını yaratmaq istədik və əla qarşılandı. Təzə ailə quracaq xanımlara yardımçı olduq".

Qeyd edək ki, Könül Muxtarova bir çox televiziya verilişlərinin aparıcısı olub. Hazırda isə "İncilər" verilişinin aparıcısıdır. Könül Muxtarovanın İnci adlı 3 yaşlı bir qızı var.




 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!