Şəhid qızına əxlaqsız sözlər yazan kişi utansın - azərbaycanlı aktrisa

Şəhid qızına əxlaqsız sözlər yazan kişi utansın - azərbaycanlı aktrisa
Xəbərlər
10.09.2017 25
"Niyə aktrisaları bu qədər təhqir edirlər? Özü də kişilər
sosial şəbəkədə xanım sənət adamlarının ünvanına söyüşlər yazırlar. Buna
son qoymaq lazımdır”.

Bu sözləri aktrisa Könül Yusifqızı deyib.
Aktrisa sosial şəbəkədə onu təhqir edən rejissoru məhkəməyə verəcəyini
bildirib:

"Rejissorluq fakültəsini bitirən bir gənc mənim "My name is İntiqam”
filmindəki görüntümü paylaşıb və təhqirlər yazıb. Mən tənqidə açıq
insanam. Amma bir adamın şəxsiyyətini təhqir edib, nalayiq söyüşlər
yazmaq nə dərəcədə düzgündür? Bunu adi bir insan etsəydi, məni
incitməzdi. Amma böyük sənətkarlardan dərs alan rejissor aktrisaya
oynadığı obraza görə söyür. Mənə yazıb ki, "Bu qadın elə həyatda da
yüngül əxlaqlıdır. Bunun yiyəsi yoxdur”. Bu sözü yazan qadın olsaydı,
deyərdim, paxıllıq edir. Kişi bir xanıma belə söz yazırsa, buna nə ad
qoyum?”.

K.Yusifqızı qarşı tərəfi polisə şikayət edəcəyini gizlətməyib:

"Mənim oynadığım obrazla həyatımı müqayisə etməyin. Mən aktrisa
olarkən bütün riskləri gözə almışam. Hətta açıq-saçıq səhnələrdə belə
çəkilməyə razıyam. "Gürzə” filmindəki obrazım böyük səs-küy yaratmışdı.
Oradakı roluma görə "İlin ən yaxşı mənfi rol ifaçısı” mükafatını
almışam. Həmin mükafat Qızıl Fondda saxlanılır.

Kişilər evdə ailəsi ilə birlikdə oturub "Aşkı memnu”, "Kara
sevda”dakı öpüşmə səhnələrinə baxır, alqışlayırlar. Bizim aktrisalar elə
obrazda çəkiləndə qınanırlar? Elsaq Allahverdiyev adlı həmin rejissoru
məhkəməyə verəcəyəm. Polis bu cür hallara ölçü götürməli, qarşısını
almalıdırlar. Kim və nə onu bu cür əxlaqsız sözlər yazmağa vadar edir
ki?

Mən yeni çıxan aktrisa deyiləm. İrəvan Teatrında, Gənc Tamaşaçılar
Teatrında işləmişəm, aparıcılıq etmişəm, bir çox filmlərdə, seriallarda
rol almışam. Bu cür təhqiredici sözlər mənə toxunur. Mənə yazıb ki,
yiyəsi yoxdur. Mənim atam 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə
şəhid olub. Atam bu dövlət üçün canını fəda edib. Bir şəhid qızına belə
fikirlər yazan kişi utansın. Bir qadının cinsiyyət orqanını güdmək namus
deyil. Namus gedib cəbhədə vuruşmaqdır, torpaq qeyrəti çəkməkdir”.



Qeyd edək ki, özünü rejissor adlandıran gənc aktrisanın bu videosunu paylaşıb.



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!