Ərimin şirkəti var, boşanmırıq - məşhur aktrisa

Ərimin şirkəti var, boşanmırıq - məşhur aktrisa
Xəbərlər
10.09.2017 9
Bir müddət öncə türkiyəli məşhur aktrisa Pınar Altuğun həyat yoldaşı
Yağmur Atacandan boşanması ilə bağlı ölkə mətbuatında xəbərlər yer
almışdı. Y.Atacanın heç bir iş-güc sahibi olmadığı üçün aktrisanın ondan
boşanacağı bildirilirdi.

P.Altuğ
yayılan bütün bu xəbərlər aydınlıq gətirib. Aktrisa bildirib ki, özündən
9 yaş kiçik olan həyat yoldaşı Y.Atacandan boşanmır:



"Biz Yağmurla ailə həyatı quranda da heç bir evlilik müqaviləsi
imzalamadıq. 9 yaş fərqimiz var və bunu heç vaxt da gizlətmədik. Deyək
ki, ərim işləmir və pulu mən qazanıram. Nə olsun ? Yağmur bu saat evdə
oturub toxuculuqla məşğul olur(red-gülür). Qadın evdə oturub kişi axşam
saatlarına qədər işləyəndə heç bir problem olmur, amma kişi evdə
oturanda qadın işləyəndə problemmi olur? Bizi görənlər soruşur ki,
boşanırsınızmı? Hamıya buradan cavab verirəm. Boşanmırıq və çox şükür
ki, boşanmırıq. Mənim həyat yoldaşım sosial şəbəkələrdən uzaq insandır.
Hətta onun şirkətinin sosial media hesablarını mən idarə edirəm. Bəli,
Yağmurun şirkəti var və heç vaxt göz önündə olmağı sevmədiyi üçün bütün
bunlar haqqında danışmağı da sevmirik. Yağmurun şirkətindən çörək pulu
qazanan xeyli sayda işçiləri də var. Bunları çıxıb kimlərəsə demirsə,
əgər onun evdə oturduğunu zənn edirlərdə, bu da onların problemidir".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!