15 yaşlı şagird bakirə ola-ola müəllimindən HAMİLƏDİR - Azərbaycanda ŞOK

15 yaşlı şagird bakirə ola-ola müəllimindən HAMİLƏDİR - Azərbaycanda ŞOK
Xəbərlər
10.09.2017 1
Rayonun məhkəmə tibb eksperti isə 9-cu sinif şagirdinin bakirəliyinin hələ də pozulmadığı haqda rəy verib.



Ötən gün Şamaxıdakı mənbədən daxil olan məlumat sözün əsl mənasında qan donduran cinayətlərdəndir.



Mənbənin verdiyi məlumata görə, rayonun Pirbəhli kənd məktəbinin 9-cu
sinif şagirdi, 15 yaşlı qız (azyaşlı olduğu üçün redaksiya zərərçəkmişin
adının çəkilməsini məqsədəuyğun hesab etmir) müəllimi İbrahimov Elnur
Həsənağa oğlundan 7 aylıq hamilədir.



Məlumatda o da bildirilir ki, kifayət qədər imkansız olan ailənin
rayonun hüquq mühafizə orqanlarına etdiyi şikayət hələ ki, nəticəsiz
qalıb. Belə ki, Elnur adlı "müəllim”in "səyləri” nəticəsində Şamaxı
rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 15 yaşlı şagirdin
bakirəliyinin hələ də pozulmadığı haqda rəy verib. Şamaxı rayon məhkəmə
tibb ekspertinin rəyinə əsaslansaq həddi-buluğa çatmamış, 7 aylıq hamilə
olan azyaşlının zamanəmizin Məryəm anası olduğu qənaətinə gəlmək olar.



Məlumatı verən mənbə onu da əlavə etdi ki, yaxın günlərə qədər Şamaxı
rayon hüquq mühafizə orqanları məsələyə seyriçi mövqe nümayiş
etdiriblər. Yalnız bir neçə gün öncə rayon prokurorluğu 15 yaşlı,
həddi-buluğa çatmamış şagirdin guya öz müəllimi ilə könüllü intim
əlaqədə olması kimi absurd maddə ilə hadisələrin gedişindən, sonucu
öncədən bəlli olan işləmlərə başlayıb. Mənbə onu da bildirdi ki, orta
təhsilli olan İbrahimov Elnur Həsənağa oğlu hələ də Şamaxı rayon
Pirbəhli kəndində sinif otaqlarına müəllim kimi daxil olur.



Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqeyini dərc etməyə hazırıq.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!