Cəhənnəm olsun uşaq - 15 yaşlı hamilə qız müəllimin onu necə zorlamağından DANIŞDI

Cəhənnəm olsun uşaq - 15 yaşlı hamilə qız müəllimin onu necə zorlamağından DANIŞDI
Xəbərlər
10.09.2017 26
Şamaxıda müəllimindən yeddi aylıq hamilə qalan 9-cu sinif şagirdinin müsahibəsini təqdim edirik:



- İbrahimov Elnuru nə vaxtdan tanıyırsan, hansı fəndən dərs keçirdi?

- Yeddinci sinifdən tanıyıram, bizə tarix dərsi keçirdi.



- Həmin dövrdən münasibətiniz var idi?

- Bir kənddə yaşamışıq, amma neçə ildir burada olmurdu. İki ildir ki, bu məktəbdə dərs keçirdi.



- Bəs yaxın münasibətiniz nə zamandan başladı?

- Elə o vaxtdan mənə diqqətlə baxdığını, nəzərinin üstümdə olduğunu hiss
edirdim. Amma ciddiyə almırdım, deyirdim ki, yəqin müəllimdir də
elə-belə baxır. Ona görə fikir vermirdim.



- Evdə valideynlərinə demişdin ki, mənə qəribə baxır, narahat oluram?

- Valideynlərimin qorxusundan evdə heç nə demədim.



- Bəs necə oldu ki, sənə olan münasibətini açıqladı?

- Sinifdə tək olanda gəlib istədiyini deyirdi. O nə deyirdisə, qarşı çıxırdım.



- İntim münasibətiniz sənin öz istəyinlə olmuşdu?

- Yox, məcburi oldu.



- Onun evindəmi, məktəbdəmi?

- Gecə idi, valideynlərim də evdə deyildi. Ayaqyoluna gedəndə qəfil
arxadan ağzımdan tutdu. Qışqırmaq istədim, dedi ki, şəkilləri yadına
sal.



- Nə şəkillər idi?

- Məktəbdə çəkmişdi. Məcburi, məni döyə-döyə çəkmişdi.



- Həmin fotolarda bədənin açıq şəkildə görünürdü?

- Bəli.



- Ondan sonra aranızda cinsi münasibət oldu?

- Ağrılarım var idi, xəstəxanaya getdim. Uşaq altı aylıq olana qədər heç nə hiss etmirdim.



- Axırıncı dəfə Elnurla nə vaxt danışmısan?

- Elə o vaxt.



- Sənin açıq-saçıq fotolarını məktəbdə çəkmişdi?

- Bəli. Sinifdə tək idim, içəri girdi, hədələdi, şillə ilə vurdu. Dedi
ki, hər şey yaxşı olacaq, qiymətlərini düzəldəcəyəm. Şəkillər də onda
çəkilmişdi.



- Neçə dəfə yaxınlığınız olub, yadındadır?

- Bircə dəfə olub. Elə onda da hamilə qalmışam.



- Valideynlərin sənin övladına sahib çıxırlarmı, özün nə düşünürsən?

- Uşağı neyləyirəm, cəhənnəm olsun uşaq. Mənə uşaq lazımdır? Elə özüm uşağam da.



- Valideynlərin nə deyir?

- Tutulmağını istəyirlər. Mənim də istədiyim odur ki, tutulsun.



- Səninlə evlənmək istəsə?

- Neyləyirəm onun mənimlə evlənməyini? Arvadını yanında saxlayıb, iki uşağı da var.



- Birdən ayrılsa necə?

- Razılaşmaram.



- Məktəbdən sonra telefonla danışırdınız?

- Xeyr, mənim telefonum olmayıb.



- Bu barədə polisə ifadə vermisən?

- Bəli.



- Üzləşdirilmisiniz?

- Xeyr.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!