Müğənni 8 aylıq oğlunu göstərdi: Recep İvedikə oxşayır

Müğənni 8 aylıq oğlunu göstərdi: Recep İvedikə oxşayır
Xəbərlər
10.09.2017 24
Müğənni  ana olduqdan sonra bir müddət səhnəyə ara vermişdi.

Yaxında həm aparıcı kimi,
həm də müğənni kimi səhnələrə sönməyə hazırlaşan ifaçı "Paşam" deyə
müraciət etdiyi oğlunu jurnalistlərə göstərib:



"Evləndikdən sonra
hər kəs səhnəni tərk etdiyimi düşünüb. Amma belə şey yoxdur. Oğlumla
həyat yoldaşım da məni izləməyə gələcək. Oğlum nə istəsə, onu
oxuyacağam. Mənim üçün dünyadakı iki ən önəmli kişi onlardır".



Hamilə olduğu zaman 85 kiloqram olan, daha sonra 27 kiloqram arıqlayan Petek köməkçisinin ona evdə çox yardım etdiyini deyib:



"Hazırda
58 kiloqramam. Evdə köməyim var. 3-4 uşağı olan analarımız necə
bacarıb? Möcüzədir. Çox istəyirəm bir qardaşı ya bacısı da olsun..."



O, hamilə vaxtı "Recep İvedik"ə çox baxdığı üçün oğlunun filmin qəhrəmanına bənzədiyini gülərək deyib:



"Problemli
hamiləlik keçirdim. Evdə istirahət etməliydim. Çoxlu komediya filmi
izlədik. Böyüklərimiz "nə izləsən, kimə baxsan, uşaq ona oxşayacaq"
dedi. Körpə ilk təpik atanda "Recep İvedik"ə baxırdıq. Bu da nəticəsi.
Qaşlara baxın".




 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!