Bakirə qız hamilə qala bilər? - Ginekoloq danışdı

Bakirə qız hamilə qala bilər? - Ginekoloq danışdı
Xəbərlər
10.09.2017 62
Şamaxıda 15 yaşlı məktəbli qızın müəllimi tərəfindən zorlanması ölkədə şok effekti yaradıb. Hamı bu olaydan danışır, hadisə ilə bağlı sosal şəbəkələrdə qızğın müzakirələr aparılır.



Müəllim Elnur İbrahimov tərəfindən zorlandığı iddia olunan qız hamilə olsa da, Rayon Məhkəmə Tibb Ekspertizasının verdiyi rəy hər kəsi təəccübləndirib. Məlum olub ki, həmin qız bakirədir.



Məhkəmə tibbi eksperti Məmməd Abdulrahibov 9-cu sinif şagirdinin müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qaldığını təsdiqləyib. 15 yaşlı şagird seksual xarakterli hərəkətlər yolu ilə hamilə qalıb.



Bakirə qız necə hamilə qala bilər?



Qadinlar.Biz bildirir ki, həkim-ginekoloq Lala İmanova azvision.az-a deyib ki, bakirə olduğu halda qızın hamilə qalması mümkündür.



Onun sözlərinə görə, Azərbaycanda bir neçə dəfə belə hala rast gəlinib. Ginekoloq deyib ki, hamilə qalmaq üçün bakirəliyin pozulması şərt deyil. Əgər maya (sperma) qarşı tərəfin cinsiyyət üzvünə düşürsə, qadın bakirə olduqda belə, hamilə qala bilir.



Qeyd edək ki, biabırçı hadisə Şamaxının Pirbəhli kənd orta məktəbində hadisə baş verib. 9-cu sinif şagirdinin müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qaldığı deyilir.



Hadisə ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi açılıb. Araşdırma gedir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!