Kordüğümün Nazından formada qalma sirri - fotolar

Kordüğümün Nazından formada qalma sirri - fotolar
Xəbərlər
10.09.2017 6
"Kördüğüm" serialında rol alan aktrisa Belçim Bilgin maraqlı açıqlamalar verib. 



Aktrisa hər zaman enerjili olmasının sirrini açıqlayıb. 



"Bunun resepti heç kimi qınamamaq, hər şeyi olduğu kimi qəbul etmək və həyatla mübarizə aparmaqdır" deyə, Belçim bildirib. 



Övladından danışan Bilgin "Analıq necə gedir" sualına belə cavab verib:



"Gözəl gedir, heç bitməyən bir kəşfdir. Hər qarşılaşdığın pis hadisədə özünü və övladını düşünürsən, sorğu-sual edirsən. Bu qədər böyük bir sevgi, narahatlıq ola bilməz. Çəkiliş bitən kimi Rodinin yanına qaçıram. Uşaq böyüyüb öyrəndikcə, ana da onunla birlikdə öyrənir".



Formada qalmasından söz açan aktrisa "İmkan tapdıqca idman edirəm. Eyni zamanda da sağlam qidalanıram. Axşam heç nə yeməməyə çalışıram. Mövsümün meyvə və tərəvəzlərindən istifadə edirəm. Günorta ancaq bu cür şeylər yeyirəm" deyə, söyləyib.




 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!