Röyanın məşhur çılpaq fotosessiyasının gizlinləri: Prinsipə girdi və... - FOTOLAR

Röyanın məşhur çılpaq fotosessiyasının gizlinləri: Prinsipə girdi və... - FOTOLAR
Xəbərlər
10.09.2017 17
Tanınmış bəstəkar Nailə Mirməmmədli əməkdar artist Röya Ayxanla bağlı maraqlı açıqlamalar verib.



"ATV maqazin onlarla" verilişində qonaq olan sənətçi bildirib ki, R.Ayxanın repertuarında olan, "Söylə, necə unudum" bəstəsini ilk dəfə oxuya bilməyib. Buna görə hətta Röya əlindəki telefonu divara da çırpıb:



"Xeyli məşq etdik və studiyaya getdik. Mahnını oxuyanda səsi zildə işləmədi. Mənə baxdı qayıtdı ki, sən düz deyirdin. Bu mahnı mənlik deyil. Əlindəki telefonu götürdü çırpdı divara. Bəlkə də o telefonu çətinliklə almışdı. Dedi ki, mən bu mahnını oxumayacağam. Hava da soyuq idi, nazik geyinmişdi, çıxdı getdi. Mən ona demişdim axı bu mahnı sənlik deyil. Sonra Hikmət getdi gətirdi onu. Sonra studiyaya gəldi və 1 dəfə oxudu o mahnını. Sonra Yaltaya müsabiqəyə getdi. Məndən soruşdu ki, orada hansı mahnını oxuyum. Dedim, "Söylə, necə unudum" mahnısını oxu. Çünki o mahnı haradasa Avropada klassik mahnılarına yaxın idi. Röya ifa etdi".



N.Mirməmmədli bildirib ki, Röya mahnını ifa etdikdən sonra ona zəng edib: "Yadımdadır, mənə zəng vurdu dedi ki, "Ana, mən tamaşaçıların simpatiyası" adını qazandım. Bakıya gəldi, onda Röya hələ təzə idi. Bunu hər yerdə dedi, amma heç kəs işıqlandırmadı. Onda da Röya dəniz qırağındakı şəkillərini çəkdirib gündəmə gəldi. Və o tez yayıldı. Bu da prinsip idi. Röya başa saldı ki, sizə deməli bu lazım idi?".




 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!