Səmra şumal bədənini göstərdi: Pis heç nə yoxdur...

Səmra şumal bədənini göstərdi: Pis heç nə yoxdur...
Xəbərlər
10.09.2017 13
Builki "Evrovision" təmsilçimiz Səmra Rəhimli müzakirələrə yol açan iddialı fotolarından, açıq-saçıq klipindən danışıb. Klipi, geyimi sosial şəbəkələrdə tənqid olunan ifaçı bu cür geyimin Azərbaycanda da normal qəbul olunduğunu bildirib.

S.Rəhimli "ATV maqazin onlarla" verilişində sözügedən görüntülərdə və klipdə pis bir şey olmadığını bildirib.

"Klip ötən il işıq üzü görüb və klipdə görüntülərdə yay fəsli əks olunub. Pis heç nə yoxdur. Azərbaycanda bu hal normaldır, bunu necə anormal qarşıladıqlarını anlaya bilmədim. Çünki, ətrafa baxsaq, bizdə ad günləri, toy, şənlik, efirlərdə- hər yerdə bu cür rahat geyinirlər. Yaraşan insan geyinirsə, söz ola bilməz. Təhqir edirdilər, amma gözümü bağlayırdım. Bilirəm ki, bu sənəti seçmişəm və yaxşı deyən də olacaq, pis söz deyən də. Kiminsə fikirlərinə qulaq assaydım, indi gəlib bu pillədə olmazdım. Oturmuşdum evdə...Hər yeri qapalı saxlayıb, qapıları bağlayıb oturmuşdum evdə. Mən qulaq asmadığımı üçün irəli gedirəm. Musiqi karyerama davam etdirəcəyəm".

Səmra şumal bədənini göstərdi: Pis heç nə yoxdur...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!