Nişanlım mənə dayə ilə xəyanət etdi

Nişanlım mənə dayə ilə xəyanət etdi
Xəbərlər
10.09.2017 20
Məşhur aktrisa Sienna Miller "Porter" jurnalına müsahibə verib.

34 yaşlı aktrisa qalmaqallı şəkildə ayrıldığı eks-nişanlısı Jude Law barədə etiraflar edib.

Kino ulduzu keçmiş sevgilisini hələ də sevdiyini bildirib:

"Bir-birimizi əvvəlki kimi görmürük. Ona həddindən artıq dəyər verirəm. Judenin həyatımda rolu böyükdür, ürəyimdə xüsusi yeri var. 2005-ci ildə nişanlanmışdıq, ancaq birinci həyat yoldaşımdan dünyaya gələn övladımın dayəsini sevdi, mənə xəyanət etdi.

2006-cı ildə yollarımızı ayırdıq. Bir-birimizə çox yaraşırdıq, ayrılığımız pərəstişkarlarımızı kədərləndirdi. Law etdiyi xəyanətə görə məndən üzr istədi, artıq gec idi. 2009-cu ildə yenidən sınamaq istədik. Amma bu sınaq da uğursuzluqla nəticələndi və ayrıldıq".

Təxminən 1 il əvvəl son nişanlısı Tom Sturridge-dən də ayrılan Miller artıq heç kəslə münasibət qurmaq istəmir:

"Etiraf edim ki, bütün sevgimi qızıma ötürürəm. Yenidən ana olmaq istəyirəm, qızım da qardaşının olmağını istəyir. Amma bu barədə qəti qərar verməliyəm".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!