Samirə boşanma xəbərindən danışdı: Bir-birimizə ən doğma insanlarıq

Samirə boşanma xəbərindən danışdı: Bir-birimizə ən doğma insanlarıq
Xəbərlər
10.09.2017 11
Bu saytlardan birində ATV telekanalının Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu ilə xanımı, keçmiş xəbər aparıcı Samirə Mustafayevanın boşanması haqda xəbər dərc edilib. Xəbərdə qeyd olunur ki, cütlük boşanma ərəfəsindədir.
Tanınmış teleaparıcılar hazırda ayrı evlərdə yaşayırlar. Məsələ ilə bağlı açıqlamasında Samirə yayılan xəbəri nə təsdiq, nə də təkzib etdi:
"Mən şəxsi həyatımla bağlı heç bir şəkildə danışmaq istəmirəm. Heç vaxt bu mövzularla gündəmə gəlməyə çalışmamışam. Bu dönəmdə də xahiş edirəm ki, kimsə bu mövzuya toxunmasın. Həyatda hər şey baş verir. Kimsə sabahından sığortalanmayıb. Biz Vaqiflə bir-birimizə ən doğma insanlarıq. Çünki canımızdan bir parça olan qızımız var. Ona görə hər kəsdən xahiş edirəm ki, kimsə bu məsələ ilə üstümə gəlib, mənə suallarlar yağdırmasın. Bizim şəxsi həyatımız hər zaman şəxsi olaraq qalacaq və bizdən başqa kimsəyə aidiyyatı olmamalıdır. Rica edirəm, hörmətlə yanaşasınız".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!