Rəqsanə qızının nişan tarixini açıqladı

Rəqsanə qızının nişan tarixini açıqladı
Xəbərlər
10.09.2017 20
Müğənni Rəqsanə ismayılova qızı Aysuna nişan edəcək.

Açıqlama verən ifaçı mərasimin bu ayın 28-də baş tutacağını deyib:

“Hə” verilib, indi nişana hazırlaşırıq. Nişanı balaca qızım Yağmurun ad günündə edəcəm, yəni iyunun 28-də. Üzüklər həmin gün taxılacaq. Oğlan Türkiyə vətəndaşıdır və orada yaşayır, amma nişanı Bakıda edəcəyik”.

R.İsmayılova nişanın bir neçə gün davam edəcəyini bildirib:

“Şou-biznes olan məclisdə qonaqlar çox olur, nə otura, nə də yemək yeyə bilirlər. Qohum-əqraba üçün ayrı, şou-biznes nümayəndələri üçün ayrı məclis olacam. Xına mərasimi də edəcəm”.

Müğənni məclisin media üçün açıq olacağını da vurğulayıb:

“Onsuz da qapalı məclis etmək alınmır. Qonaqlar şəkil çəkdirir, sosial şəbəkədə yayır. Ona görə də niyə medianın xətrinə dəyim ki? Nəyim var ortalıqdadır, niyə gizlədim? Mənim xoş günümdür, gəlib çəksinlər”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!