Barbiyə bənzəmək üçün özünü bu hala qoydu - fotolar

Barbiyə bənzəmək üçün özünü bu hala qoydu - fotolar
Xəbərlər
10.09.2017 8
İngiltərədə yaşayan 20 yaşlı Jade adlı gənc qız "Barbi" gəlinciklərinin fanatıdır.
Qız özünü bu gəlinciyə bənzətmək üçün hər üsula əl atıb. Özünə “Mükəmməl körpə” adını qoyan Jade gündə iki dəfə solariyə girir, ucuz kirpik taxır, çoxlu makiyaj edir. O, özünü bu formada çox xoşbəxt hiss etdiyini deyib.

Bir verilişə qonaq qismində qatılan qızın görünüşü peşəkarlar tərəfindən tənqid olunub.

“Barbi" möhtəşəm gəlincikdir. Küçədə pis münasibətlərlə qarşılaşsam da, bu görünüş özümə inamımı artırır. Amma küçədəki tənqidlər dözülməz hala gəlib” deyə, Jade bildirib.

Stilistlərin köməkliyi ilə təbii halına qaytarılan qız "Mən halımdan çox razıyam. Düşünürəm ki, insanlar məni ciddi qəbul edəcəklər" sözlərini deyib.

Barbiyə bənzəmək üçün özünü bu hala qoydu - fotolar
Barbiyə bənzəmək üçün özünü bu hala qoydu - fotolar
Barbiyə bənzəmək üçün özünü bu hala qoydu - fotolar
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!