ŞOK! 17 yaşlı qız özündən 15 yaş böyük ərini atıb qaçdı - Bakıda

ŞOK! 17 yaşlı qız özündən 15 yaş böyük ərini atıb qaçdı - Bakıda
Xəbərlər
10.09.2017 23
Bakı şəhərinin Nəsimi rayonunda kirayə yaşayan Sabirabad rayon sakini həyat yoldaşının itkin düşməsi ilə bağlı polisə müraciət edib.

Qasımzadə küçəsində kirayə yaşayan 1984-cü il təvəllüdlü Mehdi Əlirzayev (ad və soyadlar şərtidir) Nəsimi RPİ-yə müraciət edərək bildirib ki, onunla qeyri-rəsmi nikahda yaşayan 1999-cu il təvəllüdlü Dərziyeva Mətanət Sabir qızı mayın 11-də evdən çıxıb və bir daha geri qayıtmayıb. M.Əlirzayev həyat yoldaşının xarakterik əlamətlərini və fotosunu polisə təqdim edib.

Qeyd edək ki, polisə müraciət edən şəxs özündən 15 yaş kiçik həyat yoldaşının yaşı rəsmi nikaha daxil olmağa kifayət etmədiyi üçün onunla münasibətini rəsmiləşdirmədiyini bildirib. O, ailəsində hər hansı problemin olub-olmaması ilə bağlı ətraflı qeyd etməyib.

Müraciət əsasında araşdırma aparılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!