Kerem Bursindən Serenay Sarıkaya etirafı - fotolar

Kerem Bursindən Serenay Sarıkaya etirafı - fotolar
Xəbərlər
10.09.2017 7
Türkiyəli aktyor Kerem Bursin "Hürriyət" qəzetinə müsahibə verib.

Həmin müsahibəni qısaldılmış formada təqdim edirik:

- Türkiyəyə 3 il əvvəl gəldiniz. O gündən məşhurlaşdınız. Sizinlə nə qədər insan selfi çəkdirmək istəyir. Bu cür hallardan bezdiyiniz an olur?
- Bezmək yox, təşvişə düşdüm. Bu cür hallara öyrəşməmişəm. Bir də işlər o qədər asan olmadı. Çünki o qədər "yox" cavabını alıb, rədd edildim ki... Artıq xəyallarım gerçəkləşməyəcək deyə, düşünməyə başladım. Bir neçə həftədən sonra Amerikaya geri qayıtmağı düşünürdüm. Həmin ərəfədə "Güneşi beklerken" layihəsindən təklif gəldi.

- Sizə yerli Marlon Brando deyirlər...
- Məni ona bənzədirlər, onunla bağlı heç bir fikrim yoxdur. Mən Paul Nyumanın stilini bəyənirəm. Sadə, adi və çox şık.

- Geyimlərinizdə daha çox cins və sadə koftalara üstünlük verirsiniz...
- Bir koftamın ömrü 8-10 il, hətta 11 il ola bilər. Üstəlik onları çox bahalı yerdən almıram. Hazırda qarderobumda ən qiymətli parça bir adi dükandan aldığım adi koftadır. Bir də çox sevdiyim ayaqqabılarəm var. Onu da on ildir saxlayıram.

- "Stil ikonu" elan olunan bir aktyorun alış-verişi sevməməsi maraqlıdır...
- Nə alım? Geyindiklərim heç dəbdən düşmür. Həm də bir markanın simasıyam, hər zaman onlardan geyinirəm. Hərdən Serenayla da alış-verişə gedirik. Amma ən yaxşı dostum anamdır. Onun zövqünə çox güvənirəm. Uşaqlığımdan bu yana seçimlərimə yardım edir.

- Geyim nə qədər önəmlidir?
- Bir qadının geyimindən onun xasiyyəti ilə bağlı çox şey öyrənə bilərsiniz. Xanımlar bəzən geyimləri ilə bütün gizlinlərini açırlar, bəzən də özlərini çox qapalı tuturlar. Qadının ayaqqabısına, saçına, aksessuarlarına baxıb, xasiyyətini müəyyənləşdirərəm. Xanımlarda "mənə baxın" deyə, bağıran libasları xoşlamıram. Qırmızı dodaq boyası çəkib, özünü diqqət çəkmək üçün əldən-ayaqdan salan qızları xoşlamıram.

- Sevgiliniz Serenay Sarıkaya ilə eyni reklamda rol alırsınız...
- Sadəcə sevgilim olduğu üçün deyil, peşəkarlığına görə də çox rahat bir insandır. Qaydalara əməl edir, nə istəyirsən rahat verməyi bacarır. İnsanın özünə yaxın biri ilə çalışması rahatdır. Ona görə də tərəf müqabilimin Serenay olması məni xoşbəxt edir.

Kerem Bursindən Serenay Sarıkaya etirafı - fotolar
Kerem Bursindən Serenay Sarıkaya etirafı - fotolar
Kerem Bursindən Serenay Sarıkaya etirafı - fotolar
Kerem Bursindən Serenay Sarıkaya etirafı - fotolar
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!