Əxlaqsızlıqda ittiham edilən müəllim: O məsələ səkkizinci sinif şagirdiylə olmuşdu

Əxlaqsızlıqda ittiham edilən müəllim: O məsələ səkkizinci sinif şagirdiylə olmuşdu
Xəbərlər
10.09.2017 29
Adı şagirdlərə qarşı əxlaqsız hərəkətlər etməkdə hallandırılan Qubadlı rayonu Xanlıq kəndi Kərəm Mirzəyev adına 1 saylı tam orta məktəbin direktor müavini Akif Səmədov danışıb.

Direktor müavini bildirib ki, haqqında yazılanlar həqiqəti əks etdirmir:

"Yazılır ki, guya mən xəstəxanaya düşmüşəm. Belə bir şey olmayıb. O məsələ səkkizinci sinif şagirdiylə baş verib. Qiyməti aşağı olduğundan acıqlandım, sonra da valideyni Ruslan Vəliyevə məlumat verdim. O isə gəlib məktəbdə səs-küy saldı. Sonradan işi Binəqədi rayonu 6-cı polis bölməsi araşdırdı, valideyn əsəbləşdiyini deyərək, üzrxahlıq etdi. Mən də işimin başındayam".

Xatırladaq ki, mətbuatda gedən xəbərlərdə Akif Səmədovun sözügedən məktəbdə yuxarı siniflərin qızlarına qarşı əxlaqsız hərəkətlər etdiyi qeyd edilirdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!