Mehriban Əliyeva qızı ilə açılışda - fotolar

Mehriban Əliyeva qızı ilə açılışda - fotolar
Xəbərlər
10.09.2017 15
Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Zirə qəsəbəsində Suraxanı rayonundakı 2 saylı uşaq evi üçün inşa edilən “Dalğa” yay düşərgəsinin açılış mərasimi olub.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Mehriban Əliyeva və Leyla Əliyeva düşərgənin rəmzi açılışını bildirən lenti kəsiblər.

Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva düşərgə binasında uşaqların səmərəli və maraqlı istirahəti üçün yaradılan şəraitlə tanış olub. Heydər Əliyev Fondunun prezidentinə məlumat verilib ki, 2015-ci ilin yanvarında başlanılan tikinti işləri bu ilin may ayında yekunlaşıb. Suraxanı rayonundakı 2 saylı uşaq evinin 3 yaşdan 18 yaşadək sakinləri bu gündən burada istirahət edəcəklər. Düşərgənin əsas məqsədi isə uşaqların yay istirahətini səmərəli keçirmələrini təmin etməkdir. 120 nəfər üçün nəzərdə tutulan bu düşərgədə müxtəlif yaş qruplarına aid uşaqlar üçün yaddaqalan yay istirahəti təşkil ediləcək.

Leyla Əliyeva burada 2 saylı uşaq evinin balaca sakinləri ilə görüşüb, yay istirahət düşərgəsinin artıq hazır olması münasibətilə onları təbrik edib, maraqlı və xoş istirahət arzulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

Mehriban Əliyeva qızı ilə açılışda - fotolar
Mehriban Əliyeva qızı ilə açılışda - fotolar
Mehriban Əliyeva qızı ilə açılışda - fotolar
Mehriban Əliyeva qızı ilə açılışda - fotolar
Mehriban Əliyeva qızı ilə açılışda - fotolar
Mehriban Əliyeva qızı ilə açılışda - fotolar
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!