Azərbaycanlı sadist iş adamının dəhşətli seksual fantaziyaları

Azərbaycanlı sadist iş adamının dəhşətli seksual fantaziyaları
Xəbərlər
10.09.2017 7
“O, məndən fahişə olduğumu etiraf etməyi tələb edirdi”.

Azərbaycanın nəhəng tikinti şirkətlərinin rəhbərlərindən birinin qohumu, iş adamı sadist çıxdı.

Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a iş adamının arvadı 27 yaşlı Gülzaman Məmmədova (ad və soyad dəyişdirilib) bildirib.

Bu günlərdə üç uşaq anası Gülzaman Məmmədova, son 11 il ərzində məruz qaldığı ailədaxili zorakılığa görə ərindən qaçıb. Hal-hazırda Məmmədova Kamal Ağazadənin rəhbərlik etdiyi, insan alverinin qurbanları üçün sığınacaq olan - Uşaqlar üçün Reinteqrasiya mərkəzindədir. Məmmədova ərindən ayrılmaq niyyətindədir, belə ki, əri onun üçün əzablı ölüm hazırlamışdı. Xüsusilə bunun üçün kişi 1200 manata vinçestr alıb divardan asıb, və zaman-zaman qadına ölümünün yaxınlaşdığını, onu güllələyəcəyini söyləyirdi.

Nişandan sonra onu seksə məcbur edib.

“Münaqişə elə nişanımızdan sonra başladı. Ərim mənə elçi düşəndə mənim 17 yaşım var idi. O zaman mənimlə kənddə evlənmək istəyən çox idi. Əvvəllər o xoşuma gəlmişdi. Ona ərə getməyə can atırdım, amma sonra ona nifrət etdim, hətta nişanı qaytarmaq istədiyimi də dedim. Çünki o mənə qarşı tələblər irəli sürməyə başladı.

Onunla cinsi əlaqəyə girməyimi istəyirdi, çünki bizim ailə, ər-arvad olmağımız zaman məsələsi idi. Küçəyə çıxmamağımı, uzun geyinməyimi, telefona cavab verməməyimi tələb edirdi.

Bütün bunlardan sonra üzüyü qaytarmaq istəyirdim, hətta onu arxa həyətə otun sıx bitdiyi yerə atmışdım. Amma anası ilə qardaşı üzüyü tapıb geri taxmağımı tələb ediblər. Anam hətta məni nişanlımla daha çox vaxt keçirməyə məcbur edirdi. O, bizə evə gecə gəlirdi, anam məni onunla oturub söhbət etməyə məcbur edirdi. Axı gecə oğlanla qızın nə söhbəti ola bilərdi? O məni məcbur etmək istədiklərinə axır təslim oldum”, - Gülzaman Məmmədova deyib.

Toy yaxınlaşan zaman Gülzaman hamilə olduğunu bilib. Hamilə olmasını anası və qayınanası da bilirdi. Qayınanası hətta Gülzamanın anasına: “Qoy bir yerdə çox qalsınlar, bəlkə bir-birlərini sevərlər” deyirdi. Sonra Gülzamanın anası oğlan tərəfini toyla əlaqədar tələsdirib, belə ki, o, biabırçılıqdan qorxurdu.

Bundan sonra oğlan tərəfdən qızın ünvanına təhqirlər yağmağa başladı. Oğlan Gülzamana ailəsinin şərəfsiz olduğunu, ondan tez yaxa qurtarmaq istədiklərini deyirdi.

“Döymələr elə ərə gedəndən başladı. O, məni döyürdü sonra isə and içirdi ki, məni sevir. Qubaya köçdükdən sonra tamam özündən çıxdı. O burada daş karyerinə rəhbərlik edirdi. Mən evdən bayıra zibil atmağa və ya çörək almağa belə çıxmırdım. Ərim anasını gətirdi ki, mən ona xəyanət etməyim. O, işə gedəndə qapını açarla bağlayırdı. Biz həbsxanadakı kimi yaşayırdıq. Bununla yanaşı məni qısqanırdı, baxmayaraq ki, namaz qılırdım. Daima xəyanətdə günahlandırır, nə isə bir pis işimi tutmağa çalışırdı. Bir dəfə üzümü ütü ilə yandırdı. Deyirdi ki, qısqanclıqdan məni öldürə bilər.

O, məni hər gün döyürdü, hər dəfə də yeni səbəb tapırdı. O, məndən fahişə olduğumu etiraf etməyimi tələb edirdi. Yumruqla üzümə, başıma vururdu, hətta burnumu sındırmışdı. Sinəmin üstünə oturub məni əzirdi. Mən qışqırıb köməyə çağırmaq istəyirdim, amma anası ağzımı tutub oğluna yardım edirdi. Ərim deyirdi ki, məni öldürəcək, anası isə bunu etməyən kişi deyil, deyirdi. Anası onu zorakılığa sövq edirdi. Mən polisə müraciət etməyə qorxurdum, çünki o məni öldürəcəyini demişdi. Daimi döyülmələrdən, sağ döşümdə şiş əmələ gəlib. Çox ağrıdır, toxuna bilmirəm. Qadın xəstəlikləri ilə əlaqədar problemim yaranıb. Qanaxma başlayıb”, - Gülzaman şikayət edir.

Davalardan birində dəliyə dönmüş iş adamı arvadına məxsus müqəddəs kitabı – Quranı belə cırıb.

Gülzaman Məmmədova ata evinə dəfələrlə gedib, amma hər dəfə valideynləri ərinin yanına qayıtmağa razılaşdırıblar. Onlar dözməli olduğunu deyirdilər, axı arada uşaqlar var. Bundan sonra əri Məmmədovanın sənədlərini qaça bilməməsi üçün gizlədib.

İş adamı fahişələrə çox pul xərcləyirdi...

Gülzamanın əri ona xəyanət edirdi. Bundan başqa o arvadına onlara necə pul xərclədiyini, fahişələrlə bütün istədiklərini edə bildiyini danışırdı. O, öz telefonuna çəkdiyi məhəbbət macəralarını arvadına göstərirdi. Kişi öz arvadını qarıya oxşadığını deyərək ələ salırdı. Uşaqlar qarşısında qadını təhqir edərək, onlara analarının eyni zamanda bir neçə kişi ilə görüşdüyünü deyirdi. Uşaqlara toxunmurdu, amma analarına nifrət etmələri üçün hər şey edirdi, lakin buna nail olmurdu. Məmmədovanın sözlərinə görə oğlanları evdə bıçaq və kəsici alətləri gizlədirdilər. Sonuncu dava zamanı əri Gülzamanın sinəsinin üzərinə oturub bıçağı havaya qaldırıb, 4 yaşlı qızı isə anasını qorumaq üçün onu qucaqlayıb və atasına yalvarıb.

Bu, Məmmədovanın səbir kasasını daşdıran son damla oldu. Əlverişli anı gözləyən Məmmədova kiçik qızını, qızıl və gümüşü götürüb evdən qaçıb. O, üzüyü satıb, Bakıya gəlmək üçün taksi pulunu ödəyib. Xeyirxah insanlar Kamal Ağazadəyə müraciət etməyi məsləhət görüblər.

İndi Məmmədova boşanmaqda qətiyyətlidir. Atası evinə qayıtmağa hazırlaşmır, belə ki, valideynlərinin onu ərinə qaytaracaqlarından qorxur. O, uşaqlarını götürmək və bir daha əri ilə görüşməmək niyyətindədir. “Mənə onun pulu lazım deyil, pendir-çörək yeyərəm, amma sakit yaşayaram. Cəmi 27 yaşım var, amma artıq bir neçə xəstəliyə düçaram”, - Məmmədova deyib.

İş adamı arvadının harada olmasını öyrənib artıq mərkəzə də gəlib, onun geri qayıtmasını istəyib. Onsuz yaşaya bilmədiyini, ona hava kimi lazım olduğunu deyib. Amma Məmmədova bilir ki, qayıdan kimi işgəncə yenidən başlayacaq. Bəlkə də bu evdən sağ çıxmayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!