WhatsApp-da başqa kişiylə danışdı, əri bıçaqladı - Ağdamda

WhatsApp-da başqa kişiylə danışdı, əri bıçaqladı - Ağdamda
Xəbərlər
10.09.2017 10
Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ülvi Zeynalov yaşadığı evdə həyat yoldaşı, 1987-ci il təvəllüdlü Əfsanə Zeynalovanı bıçaqlayıb.

Əfsanə Zeynalova dərhal xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Cinayəti törədən Ülvi Zeynalov tutulub.

Araşdırmalar zamanı məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. Hadisədən əvvəl Ülvi Zeynalov həyat yoldaşını “WhatsApp”da başqa oğlanla danışdığını görüb. Elə cinayəti də bunun üstündə törədib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb. (Teleqraf.com)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!